“Paşinyan bütün həll yollarını təqdim edərək özünü zərbə altına atmaq istəmir”- ŞƏRHbackend

“Paşinyan bütün həll yollarını təqdim edərək özünü zərbə altına atmaq istəmir”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qeyd olunan məsələlərin  bir paket halında həll olunması və ya Ermənistanın bu məsələlər barədə eyni zamanda, razılıq verməsi gözlənilən deyil. Məhz buna görə də Nikol Paşinyan mərhələli həll yolunu üstün tutur. Bu zaman da erməni Baş Nazirin məntiqinə görə, sadədən mürəkkəbə doğru addım atması göz önündədir”.

Bu fikirləri Editor.az-a Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov gündəmin əsas müzakirə mövzusu Naxçıvanın Kərki və Qazaxın 7 kəndinin qaytarılması, həmçinin Zəngəzur dəhlizinin açılması məsələlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, qarşıda  əvvəlcə Qazaxın anklav olmayan 4 kəndinin qaytarılması məsələsi, sonra isə ermənilər tərəfindən anklav hesab edilən “3+1” kəndin Azərbaycana qaytarılması və sonda Zəngəzur dəhlizinin müzakirəsi  və həll olunması gözlənilir:

“Paşinyanın son günlərdə verdiyi bəyanatlardan birinci məsələ üzrə artıq ciddi problemin qalmadığı ortaya çıxır. Yəni, erməni cəmiyyəti artıq bu 4 kəndin Azərbaycana qaytarılmasını  prinsip etibarilə qəbul edir və bu istiqamətdə ciddi qarşıdurmanın olmayacağı proqnozlaşdırılır. Digər iki məsələ isə bir qədər çətindir və bu məsələlərlə bağlı İrəvanın nəzərdə tutduğu həll variantının olması da şübhəsizdir. Sadəcə Paşinyan bütün həll yollarını təqdim edərək özünü zərbə altına atmaq istəmir. Düşünürəm ki, qarşıdakı 5 aprel görüşündən sonra Baş Nazir nəzərdə tutduğu məsələlərin həyata keçirilməsi üçün daha qətiyyətli ola bilər. Təbii ki, Brüsseldə bu qətiyyəti ona verə bilsələr…”.

//Gülnarə Abasova, Editor.az