“Paşinyan CORP29-da iştirak üçün Bakıya gələcək” iddiasına İrəvandan cavabbackend

“Paşinyan CORP29-da iştirak üçün Bakıya gələcək” iddiasına İrəvandan cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyanın gündəmində belə bir məsələ yoxdur.

Bunu Ermənistan hökumətinin başçısının mətbuat katibi Nazeli Bağdasaryan bildirib.

O, azərbaycanlı jurnalist, politoloq, beynəlxalq əlaqələr üzrə mütəxəssis Əhməd Şairoğlunun X-də yaydığı səs yazısı ilə bağlı deyib.

Şairoğlu Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrda BMT-nin COP29 sammitində iştirak etmək üçün Bakıya səfər edəcəyini idia edib.

“Ekspert öz subyektiv fikrini ifadə edib, bunun Paşinyanın iş gündəliyi ilə heç bir əlaqəsi yoxdur. Baş nazirin iş gündəmində belə bir səfər nəzərdə tutulmayıb”, – deyə Bağdasaryan vurğulayıb.

Yenisabah