“Paşinyan daha böyük miqyasda hücum həyata keçirmək istəyir” – VİDEObackend

“Paşinyan daha böyük miqyasda hücum həyata keçirmək istəyir” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xəstə adamın çıxışlarını şərh etmək çox çətindir, onun üçün psixiatr lazımdır”.

Bunu Milli.Az-a açıqlamasında “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, erməni əsgərlərinə hücum əmri vermək, onları peşəkar, təcrübəli Azərbaycan Ordusunun qarşısına ölümə göndərmək deməkdir:

“Ermənistan siyasi rəhbərliyi hazırda iflic vəziyyətindədir, başlarını itiriblər. Belə vəiyyətdə müxtəlif sözlər demək, açıqlamalar etmək olar. Görünür ki, psixoloji durumları çox gərgindir. Bu, total müharibədir, cəmiyyəti Azərbaycana qarşı total müharibəyə sürükləməkdir və məsuliyyəti öz boynundan xalqın boynuna atmaqdır. O, populist, küçə adamı, küçə siyasətçisidir. Siyasi dəsti-xətti də elə ondan ibarətdir. İndiki vəziyyətdə Paşinyanın normal, məntiqli, düşüncəli addımı təslim olmaq, Azərbaycan ərazisindən işğalçı qoşunlarını çıxarmaq, olan-qalan insanları qırmamaq, öldürməmək ola bilərdi. Amma bu bütün məsuliyyəti xalqın üzərinə atıb, “mən təkcə vuruşmuram, siz vuruşmalısınız, siz getməlisiniz, siz ölməlisiniz” deyərək, nəticə etibarilə məsuliyyət yükünü xalqla bölüşdürmək istəyir. Bu vəziyyətdə biz ermənilərin işğaldan azad edilən Zəngilana, Xudafərin istiqamətində, Cəbrayıla 2 gün öncə etdikləri hücumu göz önünə gətirək. Bax, ermənilərin o hücumunda hər şey görsənir, Ermənistanın hərbi siyasəti ən kobud şəkildə özünü biruzə verir.  kadrlarda heç bir tərəfdən sığortalanmamış əsgərləri demək olar ki, ölümə göndərdiyi əksini tapıb. Əlbəttə ki, bizim ordumuz burada lazımı əməliyyatları həyata keçirərək bu hücumu dəf etdi və bu zaman onlar onlarla, yüzlərlə itki verdilər. Bu hücum və onun nəticələri azmış kimi, Paşinyan bu hücumu daha böyük miqyasda həyata keçirmək, insanları ölümə aparmaq niyyətindədir. Onları çox yaxşı təşkil olunmuş, texniki tərəfdən təchiz olunmuş, yüksək səviyyədə hərbi əməliyyatlar həyata keçirmiş, peşəkar, təcrübəli Azərbaycan Ordusunun qarşısına ölümə göndərmək deməkdir”.

İ.Vəlizadə onu da qeyd edib ki, ölkə Paşinyandan xilas olmasa Ermənistan uçuruma gedir:

“Paşinyanın başı işləmir. Özü tamamilə idarəolunmaz bir vəziyyətə düşüb və ölkədə, regionda belə bir xaos vəziyyəti yaratmaq istəyir. Paşinyan bizə onsuz da qulaq asmır, beynəlxalq müşahidəçilər, o cümlədən MDB, KTMT ölkələri Paşinyanı başa salmalıdırlar ki, ölkəni ölümə aparır. Rusiyanın artıq erməni mənşəlli, ermənipərəst rus ekspertləri açıq şəkildə deyirlər ki, Paşinyan başını itirib, ölkəni idarə edə bilmir, ölkəni uçuruma aparır. Dünən Karen Şahnazaryan deyir ki, “Artıq Ermənistanı xilas etmək lazımdır”. Düz deyir, artıq Ermənistan bu vəziyyətdədir, ölkəni Paşinyandan xilas etmək lazımdır”.