Paşinyan danışıqlar şərtini açıqladı: Üç sensasion tələb – Videobackend

Paşinyan danışıqlar şərtini açıqladı: Üç sensasion tələb – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müxalifətin parlamentdə məlum müzakirə tələbləri qarşısında Nikol Paşinyanın Mənim Addımım fraksiyası bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanatda Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan sazişin qaçılmaz reallıq olduğu vurğulanıb. Bildirilib ki, sazişin imzalanması Ermənistan və keçmiş “artsax”ı tamamilə itirməmək üçün yeganə yol idi.

Etiraf edilib ki, hərbi əməliyyatlar davam edəcəyi təqdirdə qısa müddətdə minlərlə erməni əsgər məhv ediləcəkdi.

Cəmiyyətin bütün suallara cavab almaq haqqının olduğunu bildirən fraksiya destabilizasiyaya əsas verən heç bir iclasda iştirak etməyəcəyini açıqlayıb.

Buna baxmayaraq, məlum Qarabağ Bəyanatının müzakirəsi üçün fraksiya müxalifətdən bütün ermənilərə və dünyaya bu 3 şərti açıq şəkildə bəyan etməyi istəyib.

Belə ki, etirazçı müxalifət:

1. Rusiyanın vasitəçiliyindən imtinanı dəstəkləyir

2. Rusiya sülhməramlılarının təmas xəttindən çıxmasını dəstəkləyir

3. Müharibənin davam etməsini tələb edir.

Bu 3 şərti yerinə yetirəndən, bu tələbləri ermənilərə və dünyaya açıq şəkildə elan edəndən sonra müharibənin davam edəcəyi təqdirdə qələbəyə aparacaq yol xəritəsini təklif edəcəyi halda Mənim Addımım fraksiyası müzakirələrə başlamağa hazır olduğunu elan edib.

Qeyd edək ki, açıqlamanı Mənim Addımım fraksiyası yayıb. Paşinyanın isə harada olduğu bilinmir.