Paşinyan devrilir?- “Erməni cəmiyyətinin onun kursuna dəstək verməkdən başqa çarəsi yoxdur”backend

Paşinyan devrilir?- “Erməni cəmiyyətinin onun kursuna dəstək verməkdən başqa çarəsi yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təəssüf ki, Qafqazda sülhün, sabitliyin, inkişafın olmasını istəməyən, bu coğrafiyanın maddi və mənəvi nemətlərini əsrlərdir sümürən və sümürmək arzusunda olan qüvvələr öz ambisyalarından əl keçmək istəmirlər. Əsrlər boyu müstəmləkəçi güclər alət, vasitə olaraq ermənilərdən istifadə ediblər, bu gün də edirlər. Nəticədə ən böyük zərbə də sonunda ermənilərə dəyəcək. Onları öz kirli işlərinə alət edənlər isə həmişə olduğu kimi, yenə də “sudan quru” çıxacaqlar”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Siyasi analitik bildirib ki, Azərbaycan-Ermənistan sərhəddində baş verən son eskalasiya təxribatçı qüvvələr və dövlətlər tərəfindən provakasiya üçün zamanı hesablanmış bir addım idi:

“Belə ki, Nikol Paşinyan liderliyindəki Ermənistan hökuməti həm Türkiyə, həm də Azərbaycanla münasibətlərin normallaşması istiqamətində xeyli istəkli görünürdürlər. Həm Brüsseldə Şarl Mişelin, həm də Moskva və Soçidə Vladimir Putinin vasitəçiliyi ilə aparılan danışıqlarda, imzalanan sənədlərdə sülh müqaviləsinin yaxın aylarda, konkret cari ilin sonuna kimi imzalanacağı ehtimalını gücləndirirdi. Ermənistanın, Azərbaycanın təklif etdiyi 5 baza prinsipini qəbul etməsi də sülhə olan inamı daha da artırırdı. Eyni zamanda, Azərbaycan və Ermənistan liderlərinin 15-16 sentyabrda, Səmərqənddə keçiriləcək ŞƏT-nın sammitinə dəvət olunması və mühüm görüşlərin keçiriləcəyi ilə bağlı xəbərlər də vardı. Sərhəddə baş verən son hadisələr belə düşünməyə əsas verir ki, regionda və Avropada bəzi dövlətlər sülhün olmasında maraqlı deyillər və Qafqazın onların təsir dairəsindən çıxmasını asanlıqla həzm etmək istəmirlər. Xatırlatmaq yerinə düşər ki, 2020-ci ilin martında Suriyada 34 türk əsgərini xaincəsinə şəhid edənlər bu bölgədə Türkiyə və Rusiyanı qarşı-qarşıya gətirməyi hədəfləyirdilər. Alınmadı, bu dəfə də alınmayacaq”.

F. Məhərrəmli İrəvanda Paşinyanın istefa tələbi ilə bağlı aksiyalara da toxunub:

” Erməni baş nazir ölkəyə tam nəzarət edə bilməsə də, xüsusən təhlükəsizlik orqanları və ordu daxilindəki qruplaşmalara nəzarət mexanizmi qura bilməsə də erməni cəmiyyətinin Paşinyanın kursuna dəstək verməkdən başqa çarəsi yoxdur. Çünki Paşinyanı devirib eyni siyasi kursun təmsilçisini hakimiyyətə gətirməkdə heç bir məntiq yoxdur. Əks kurs isə ermənilər üçün tam bir fəlakətdir “.

//Gülnarə Abasova, Editor.az