“Paşinyan əlinə düşən fürsətdən bölgədəki maraqları naminə istifadə etməyi düşünür “-AÇIQLAMAbackend

“Paşinyan əlinə düşən fürsətdən bölgədəki maraqları naminə istifadə etməyi düşünür “-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransanın Ermənistan-Azərbaycan sərhədində yerləşdiriləcək AB missiyasının tərkibində jandarmalar göndərməsi Cənubi Qafqazın sabitliyinə mənfi təsir göstərəcək. Çünki AB-nin monitorinq missiyası kəşfiyyat və polis xarakteri daşıyır. Sözügedən missiya diplomatik pərdə altında gizlənən peşəkar polis zabitləri, kəşfiyyatçılar və hərbi kəşfiyyat xidmətlərinin nümayəndələrdir. Ona görə də bu missiyanın Ermənistan ərazisinə gəlişi və onun fəaliyyəti təhrikedici mənfi xarakter daşıyacaq. AB missiyasının məqsədi Ermənistan ərazisində NATO-nun daimi hərbi mövcudluğunu legitimləşdirmək, eyni zamanda da möhkəmləndirməkdir. Təbii ki, Ermənistanın KTMT-dən çıxması və Rusiya ilə müttəfiqlik münasibətlərinin pozulması üçün lazımi siyasi şəraitin hazırlanması da bura daxildir“.

Bu sözləri Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Maraqlıdır ki, ümumiyyətlə, Paşinyanın Aİ missiyasına bu qədər ümid bəsləməsinin səbəbi nədir? Jandarmaların göndərilməsi Rusiyanı niyə narahat edir?

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, Avropa İttifaqının missiyası tərkibində Fransa jandarma qüvvələrinin bölgəyə gəlməsi və bu gəliş çərçivəsində Rusiyanı narahat edən məsələlər əslində Ermənistan hakimiyyəti tərəfindən hesablanmış addımlardır:

“Yəni, onların bölgəyə gəlməsi ilə Rusiya ilə onsuz da gərgin olan münasibətlər bir qədər də pisləşəcək. Beləliklə də Ermənistan özünə yeni tərəf təyin edə biləcək. Onların da istəyi bundan ibarətdir. Rusiya isə Aİ missiyasının bölgəyə gəlməsində maraqlı deyil. Hələ Fransa jandarmasının gəlməsini ümumiyyətlə istəmir. Amma etiraz da edə bilmir. Çünki onun öz ərazisi deyil. Missiyanın Ermənistan-Azərbaycan sərhədinə gəlməsi mahiyyət etibarilə tərəflər arasında gərginliyin yaranmasına da gətirib çıxarda bilər. Çünki Beynəlxalq hüququ pozurlar. İkinci tərəfdən isə Rusiya və Ermənistan arasındakı münasibətlər birmənalı şəkildə zədələnir. Görünür ki, Paşinyan nə qədər ki, imkanı var bölgə ilə bağlı planları həyata keçirməyə çalışır. Rusiyanı sıxışdırmağın ən ideal variantı bu addımların atılmasıdır”.

//Safura Bənnayeva, Editor.az