Paşinyan Ərdoğanla görüşü barədə danışdıbackend

Paşinyan Ərdoğanla görüşü barədə danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla mümkün görüşü barədə danışıb.

Bu barədə o, onlayn mətbuat konfransı zamanı məlumat verib.

Baş nazir bəyan edib ki, görüşün baş tutması xüsusi nümayəndələr tərəfindən aparılan danışıqlar prosesinin nə dərəcədə uğurlu keçməsindən asılıdır.

“Belə bir ideya, razılaşma yoxdur. Amma cənab Rubinyanın iştirakı ilə aparılan danışıqlar prosesi uğurla inkişaf edərsə və proses bu nöqtəyə çatarsa, o zaman yüksək və ən yüksək səviyyədə görüşlər olmalıdır”, – deyə Paşinyan bildirib.

Mənbə: “RİA Novosti”