Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (ODKB) üzv ölkələrin öhdəliklərini yerinə yetirməməsi nəticəsində Ermənistan təşkilatdan asılılığını itirib.
Editor.az xəbər verir ki, “biz başa düşdük ki, ODKB Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməyəcək. Bu andan etibarən biz müstəqil olduq”, – deyə Paşinyan parlamentdə hökumət saatında çıxışı zamanı vurğulayıb.
Baş nazirin sözlərini “News-Armenia” agentliyi yayıb.
//Samir Qurbanov, Editor.az

