Paşinyan: “Ermənistan və Azərbaycan üçün delimitasiya prosesi praktiki mərhələyə qədəm qoyur”backend

Paşinyan: “Ermənistan və Azərbaycan üçün delimitasiya prosesi praktiki mərhələyə qədəm qoyur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyasının praktiki mərhələsinin başladığını elan edib.

Bunu Ermənistan Nazirlər Kabinetinin rəhbəri ölkənin İctimai Televiziyası tərəfindən nümayiş etdirilən sərhəddə yerləşən Voskepar kəndinin sakinləri ilə görüşü zamanı deyib.

“Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi praktiki mərhələyə qədəm qoyur. Bu o deməkdir ki, Ermənistan sərhədinin əslində harada yerləşdiyini aydınlaşdırmaq lazımdır. Bizim siyasətimiz müharibənin qarşısını almaqdır. Bu həm də sərhədin harada olduğunu müəyyənləşdirməyimizin səbəbidir. Ermənistan bu ərazidə yerləşir və biz bunu təkcə ölkəmiz üçün deyil, həm də konkret olaraq Voskepar və Kirants kəndləri üçün, bu kəndlərin təhlükəsizliyini təmin etmək üçün edirik”, – deyə Paşinyan bildirib.

O bildirib ki, Bakıda dörd problemli kənddən söhbət gedir, Ermənistan tərəfi isə 31 yaşayış məntəqəsində problemlərin olduğunu qeyd edir.

Oxu.az