Paşinyan: Ermənistan və KTMT münasibətləri geridönüş nöqtəsini keçib özbackend

Paşinyan: Ermənistan və KTMT münasibətləri geridönüş nöqtəsini keçib öz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtması getdikcə çətinləşir, hətta qeyri-mümkün olur.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.

“Ermənistan və KTMT münasibətləri geridönüş nöqtəsini keçib. Ermənistan özünü KTMT-dən kənarda hesab edir, bununla yanaşı, həmkarlara hörmət əlaməti olaraq təşkilat ölkələrinin qəbul etdiyi qərarlara mane olmur”, – o qeyd edib.