Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsinin qəbul edilmə tarixini səhv saldıbackend

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsinin qəbul edilmə tarixini səhv saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin ildönümü münasibətilə vətəndaşları təbrik edərkən tarixi səhv salıb.

Hökumət başçısı əvvəlcə sosial şəbəkələrdəki paylaşımında 1991-ci ili göstərib, daha sonra isə səhvini düzəldərək 1990-cı il tarixini qeyd edib.

Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 23 avqust 1990-cı ildə Ermənistan SSR Ali Soveti tərəfindən qəbul edilib.

Oxu.az