Paşinyan ETİRAF ETDİ: Əsgərlər döyüş meydanından qaçırbackend

Paşinyan ETİRAF ETDİ: Əsgərlər döyüş meydanından qaçır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əlbəttə, müharibədə plov paylamırlar, müharibə xaos yaradır. Lakin hər kəs bilməlidir ki, döyüş meydanından qaçanı cəzalandırmaq lazımdır və heç bir bəraət qəbul olunmur”

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın hökumət başçısı feysbukda canlı yayımda bildirib.

Baş nazir ölkənin silahlı qüvvələrinin əsgərlərinin Qarabağda döyüş meydanından qaçdığını etiraf edib.

N.Paşinyan həmçinin vurğulayıb ki, bu, taleyüklü məqamdır və ermənilərin heç biri onlara kömək ediləcəyinə ümid bəsləməməlidir.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığı və fərariliyini əks etdirən videogörüntülər yayılır.