“Paşinyan hakimiyyəti həmin “qərarı” tanısa, bu onun da separatizmə dəstək verdiyini göstərəcək”-ŞƏRHbackend

“Paşinyan hakimiyyəti həmin “qərarı” tanısa, bu onun da separatizmə dəstək verdiyini göstərəcək”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan hakimiyyəti həmin “qərarı” tanısa, bu, onun da separatizmə dəstək verdiyini göstərəcək. Bu isə sülh prosesini yubadacaq. Azərbaycan separatizm ideyalarını rəhbər tutan şəxslə sülh müqaviləsi imzalamaq istəməz”.

Bu sözləri Editor.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov separatçıların, erməni kilsəsinin yenidən fəallaşmasının eskalasiya riskini artıra biləcəyi ilə bağlı şərhində deyib.

Onun sözlərinə görə, sülh müqaviləsi mətnində də tərəflər arasında ərazi iddiasının olmaması öz əksini tapmalıdır:

“Paşinyan hökuməti separatçılardan ehtiyat edir və onlara qarşı müəyyən tədbirlər görəcəklər. Separatçıların yenidən nəyəsə cəhd etmələri hüquqi baxımdan mümkün deyil. Bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Lakin separatizm və revanşizm ideyaları daha da genişlənərsə, ermənilərin gələcək nəsilləri də bizə düşmən kimi baxacaqlar.

Gələcəkdə yenidən Azərbaycana qarşı silah qaldırma ehtimalı olduğundan birmənalı şəkildə həmin ideyalar bizim üçün təhdiddir”.

//Gülnarə Abasova, Editor.az