“Paşinyan havadarlarının göstərişlərinə uyğun hərəkət edir -Bu isə Ermənistan üçün…”backend

“Paşinyan havadarlarının göstərişlərinə uyğun hərəkət edir -Bu isə Ermənistan üçün…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu baş verənlər bir daha Ermənistanın qeyri-ciddi və sabit olmayan şəxslər tərəfindən yönəldiyini nümayiş etdirdi. Proseslərin təhlili deməyə əsas verir ki, Ermənistan rəhbərliyi müstəqil qərar qəbul etmir, xarici havadarlarından aldıqları tapşırıqların əsirinə çevrilib”.

Bu fikirləri Editor.az-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu  deyib.

Onun sözlərinə görə, Paşinyan öz beynəlxalq himayədarlarından aldığı tapşırıqla hərəkət edir və qeyri-sabit siyasət yürüdür:

“Görünən budur ki, Ermənistan təsirlər fonunda açıqlamalar, bəyanatlar verir, başı dəmir yumruq gördükdə isə səsləndirdiyi bəyənatlardan imtina edərək əksini bəyan edir. Düşünürəm ki, Azərbaycana qarşı Ermənistanın sərhəddə başlatdığı təxribat və pozuculuq fəaliyyəti əks effekt verib, düşmənin hərbi qüvvəsi cəsur ordumuz tərəfindən darmadağın edilib. Nəticədə Paşinyan höküməti çətin duruma düşüb. Heç şübhəsiz ki, çıxış yolu sadədir. Ermənistan üzərinə götürdüyü öhdəlikləri zaman itirmədən icra etməli, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməli və eyni zamanda Zəngəzur dəhlizi mövzusunda üzərinə götürdüyü öhdəliyə əməl etməlidir. Əks halda bu gedişlə 100 gün keçməz nə Paşinyan höküməti qalar, nə də Ermənistan deyilən bir dövlət…Düşünürəm ki, nə qədər gec deyil, səhvlərini etiraf edib, aradan qaldırıb Azərbaycan xalqından üzr istəmələri daha faydalı olar”.

//Safura Bənnayeva, Editor.az