Paşinyan ikibaşlı oynayır: “Qərbin tələbi ilə görüş başlamadan onun nəticəsini şübhə altına alır”backend

Paşinyan ikibaşlı oynayır: “Qərbin tələbi ilə görüş başlamadan onun nəticəsini şübhə altına alır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməni toplumunun 54 faizi məğlub Qərbyönümlü Paşinyana səs verməklə Rusiyadan üz döndərdiklərini, yeni dəstəyi Qərbdə axtardığını bildirdilər. Qərbin dəstəyi isə onlara revanş üçün lazımdır. Qərbin Ermənistana dəstəyi ilə başlanan Qarabağ məsələsinin hədəfində əvvəl SSRİ, indi isə Rusiya olduğu aydındır. Bu məntiqlə Qərbə meyl edən erməni toplumunun istəyi bundan sonra necə sülh ola bilər?”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Politoloq bildirib ki, Fransa separatçıların liderini Fransaya dəvət etməklə ona hansısa “status” qazandırmağa cəhd edir və çalışır ki, danışıqların həlledici anında onu sabotaj etsin, danışıqları dalana dirəsin, süni narazılıq yaratsın ki, proses yarımçıq qalsın:

“Paşinyanın Qərbin göstərişi ilə özünü gah danışıqlara loyal, gah da destruktiv mesajlar verməsi onu göstərir ki, o, ikibaşlı oynayır. Soçidə həlledici kimi görünən görüş öncəsi Zəngəzur dəhlizi və kommunikasiyalar haqqında verdiyi bəyanat bir daha onu deməyə əsas verir ki, Paşinyan Qərbin tələbi ilə görüş başlamadan onun nəticəsini şübhə altına alır. Dəstək aldığı Qərbin təşkil edəcəyi Brüsseldəki görüş zamanı isə Paşinyanın daha da qeyri-konstruktiv olacağı şübhəsizdir. Azərbaycan bu görüşlərdə iştirak etməklə özünü siyasi cəhətdən çıxılmaz vəziyyətin içərisinə soxmamalıdır. Azərbaycanın tələbi bir olmalıdır. Ermənistan tərəfi əgər bu görüşlərdə qeyri konstruktivlik göstərərsə və görüşlər nəticəsiz bitərsə, onda təktərəfli olaraq 10 noyabr bəyanatının imzasından imtina edəcək və müharibə etmək hüququnu özündə saxlayacaq”.

//Gülnarə Abasova, Editor.az