Paşinyan imtina qərarı verdi: Əsas rəqiblər Sarkisyanla Koçaryan olacaqbackend

Paşinyan imtina qərarı verdi: Əsas rəqiblər Sarkisyanla Koçaryan olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində müstəqil iştirak edəcək. Paşinyanın partiyası digər siyasi qüvvələrlə blok yaratmaqdan imtina edib.

Editor.az-ın məlumatına görə, “Mənim addımım” blokunun lideri Lilit Makunts bu gün keçirilən brifinqdə deyib ki, parlamentdəki “Maariflənmiş Ermənistan” və “Çiçəklənən Ermənistan” müxalifət fraksiyaları Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə namizədlərini irəli sürməyəcəklərini artıq bildiriblər.

Ekspertlərin fikrincə, Paşinyanın partiyasının əsas rəqibləri keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın siyasi blokları olacaq. (Report)