Paşinyan indi də İsraili aşağıladı, hədələdibackend

Paşinyan indi də İsraili aşağıladı, hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan, deyəsən, gerçəkdən də, reallıq hissini itirib. Qarabağdakı hərbi əməliyyatlarda sürəkli uduzan və geri çəkilən Ermənistan ordusunun məğlubiyyətlərindən isteriyaya qapılmış N.Paşinyan diplomatiyanın elementar qaydalarını belə, eyninə almır.

Milli.Az bildirir ki, İsrailin “The Jerusalem Post” qəzetinə verdiyi müsahibəsində o, Təl-Əvivi, İsrail dövlətini və xalqını aşağılayıb, hədələyib.

Qarabağdakı hərbi əməliyyatlarla bağlı İsrailin Ermənistana humanitar yardım göstərmək təklifini rədd edən Paşinyanın davranışı, gerçəkdən də, qeyri-adekvatdır.

İsrailin Azərbaycana silah və hərbi texnika satmasından dolayı, Ermənistan İsraildəki səfirini geri çağırıb. İsrail prezidenti Reuven Rivlin də beynəlxalq diplomatiya qaydalarına uyğun olaraq, erməni həmkarı Armen Sarkisyana zəng vurub və humanitar yardım təklif edib.

Rivlinin bu humanist təklifini N.Paşinyan müsahibəsində belə şərh edib: “Azərbaycanlıların və muzdluların sonradan dinc ermənilərə zərbələr endirmək üçün istifadə etdikləri silahları satan ölkədən humanitar yardım? İsrailə təklif edirəm ki, fəaliyyətinin məntiqi davamı olaraq bu yardımı muzdlulara və terrorçulara yollasın”.

O, daha sonra deyib: “Türkiyə və İsrail indi Qarabağ münaqişəsində bir tərəfdə olsalar da, yəhudi dövləti gələcəkdə Türkiyənin imper ambisiyalarını öz üzərində hiss edə bilər. Bu, sadəcə, zaman məsələsidir”.

Nikol Paşinynın sözlərinə görə, “İsrail Dağlıq Qarabağda ermənilərin soyqırımını gerçəkləşdirmək istəyən ölkəni silahlandırır”. İsrailin istehsal etdiyi PUA-ların Dağlıq Qarabağ ermənilərinə qarşı fəal istifadə olunduğunu vurğulayan N.Paşinyan Təl-Əvivi münaqişənin fəal iştirakçısı adlandırıb.

“İsrail indi özünə sual verməlidir: o, muzdlularla birlikdə Dağlıq Qarabağa qarşı vuruşmurmu?! Bu, onun üçün rahat mövqedir? Belədirsə, özü bilər. Amma mən düşünürəm ki, konkret nəticələr olacaq və siz də bu nəticələrlə qarşılaşmalı olacaqsınız. İsrail indi iblisanə qüvvələrin yanındadır”, – Nikol Paşinyan söyləyib.

Azərbaycanla Türkiyəni “İblisanə qüvvələr” adlandıran Nikol Paşinyanın bu müsahibəsi siyasi bisavadlıq, diplomatiyanın təməl qaydalarını və qanunlarını bilməməklə yanaşı, siyasi əxlaqsızlıq və mənəviyyatsızlıq nümunəsi sayıla bilər.

Ermənistanın baş naziri İsraili terrorçuları dəstəkləməkdə, muzdluları silahlandırmaqda, soyqırıma tam dəstək verməkdə və soyqırımda iştirakçı olmaqda suçlayır.

Halbuki İsrail bütün beynəlxalq qanunlara uyğun olaraq, Azərbaycana silah və hərbi texnika satır. Qarabağda da yerli qarabağlı ermənilərin terrorçu dəstələri ilə Ermənistan Silahlı Qüvvələrinə qarşı vuruşan Azərbaycanın Milli Ordusudur – “muzdlular və terrorçular” yox.

Nikol Paşinyanın sözügedən müsahibəsi Ermənistanın baş nazirinin idiotizminin daha bir təzahüru sayıla bilər.