Paşinyan işğal altındakı 8 kəndi görməzdən gəlir?- AÇIQLAMAbackend

Paşinyan işğal altındakı 8 kəndi görməzdən gəlir?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın işğal altındakı 8 kəndindən 3-ü anklav şəraitində yerləşir. Ancaq digəriləri Azərbaycan-Ermənistan sərhədində yerləşdikləri üçün anklav hesab olunmur”.

Bu fikirləri Editor.az-a hərbi ekspert Ədalət Verdiyev Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 22-də keçirdiyi mətbuat konfransında müzakirəyə çıxartdığı mövzular içərisində yer alan, Azərbaycanın 86.6 min kvadratkilometr ərazisi daxilində üç anklavın daxil olması, lakin digər işğal altında olan beş kəndin müzakirəyə çıxarılmaması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hər tərəfdən Ermənistanın quru əraziləri ilə əhatə olunmuş kəndlər anklav adlanır:

“Ermənistan baş naziri Nikol Paşinyan bu kimi çıxışları ilə rəsmi Bakını Qarabağdan, Şərqi Zəngəzurdan, işğal altındakı 8 kənddən imtina etdirməyə və İrəvanın mövcud ərazisini qorumağa çalışır. Həmin anklavların və sərhəddə yerləşən kəndlərin ölkəmizə qaytarılması Ermənistanın Gürcüstanla əlaqələrinə və Gorus-Qafan yolunun Azərbaycan ordusunun nəzarəti altına keçməsi ilə nəticələnəcək. Nikol Paşinyanın manipulyasiya etdiyi məsələ anklavlarla bağlı deyil. Əsas məsələ 1975-ci il xəritələri ilə əlaqədardır. Bu da ölkəmiz üçün qəbuledilən variant deyil. Biz daha əvvəlki illərin xəritələrindən istifadə edilməsini vacib hesab edirik “.

//Safura Bənnayeva, Editot.az