“Paşinyan istefa versə, Azərbaycan hücum edəcək” – İrəvanda isterikabackend

“Paşinyan istefa versə, Azərbaycan hücum edəcək” – İrəvanda isterika

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda revanşist qüvvələrin də dəstəklədiyi keşiş Baqratın başladığı hərəkatın sonrakı mümkün gedişatı bu ölkədə ciddi müzakirə mövzusudur. Bir qism ekspertlər hesab edir ki, Nikol Paşinyan hakimiyyətinə qarşı indi klassik müxalifət deyil, Erməni Apostol Kilsəsi dayanır. Bu da Paşinyan hökumətinin  ənənəvi üsullara-hədə-qorxu, həbs, təqib və təzyiqlərə əl atmağa imkan vermir. Ekspertlərə görə,  hakimiyyətin etirazlara başçılıq edən Baqrat Srbazana qarşı güc tətbiq ediləcəyi təqdirdə nələrin baş verəcəyi ilə bağlı heç bir hesablamaları yoxdur. Bu mənada Paşinyan hökuməti kifayət qədər çətin vəziyyətə düşüb. 

 “İrəvanda siyasi hakimiyyət məsələsinin həllini gözləmədən Ermənistanın bütün yaşayış məntəqələrində təcili olaraq  könüllülərdən ibarət  dəstələr yaratmaq lazımdır”.  Musavat.com yekramas.org-a istinadən xəbər verir ki, bu çağırışla siyasi elmlər doktoru, hərbi tarixçi Armen Ayvazyan  özünün Facebook səhifəsində çıxış edib.

Ayvazyan  iddia edir ki, Azərbaycan istənilən an- ya Paşinyanın istefasından əvvəl, ya da ondan sonra yaranmış qeyri-müəyyən vəziyyətdən istifadə edərək Ermənistana genişmiqyaslı hücuma keçə bilər. “Rusiya qoşunlarının Ermənistanın Azərbaycanla sərhədlərindən çıxarılması Azərbaycanın hücununun  yaxınlarda olacağını deməyə əsas verir” deyə, tarixçi bildirib.

89930_large.jpg (27 KB)

Ayvazyan  ölkədəki böhranlı  vəziyyətdən çıxmaq üçün “Respublika” meydanında “kölgə hökumətinin”  baş nazirinin, müdafiə nazirinin və xarici işlər nazirinin adını elan etmək,  sonradan keçid hökuməti formalaşdırmaq lazımdır: “Xalq yeni hökumət haqqında aydın təsəvvür əldə etməli və onun üzvlərini Paşinyan və onun əlaltılarından müsbət şəkildə fərqləndirməyi bacarmalıdır. Əsl məqsəd güclü xalq hərəkatı yaratmaqdırsa, keçid hökumətində “köhnə” şəxslərdən hər hansı birinin olması istisna edilməlidir”.

a6c3ffb64cc9b367e160c8d3b9aadf70.jpg (546 KB)

Ayvazyana görə, Ermənistanın  xarici siyasətinin və hərbi təhlükəsizliyinin yeni konsepsiyalarının əsas müddəaları müzakirə edilməli və dərc edilməlidir. Erməni tarixçi deyib ki, xarici siyasətin əsas istiqaməti İranla  dərinləşdirilmiş strateji müttəfiqlik sənədi bağlamaq olmalıdır. Ermənistanın hərbi siyasətində “Millət-Ordu” modelinin qəbulu, onun tərkib hissəsi çoxminlik  könüllülər dəstəsinin formalaşdırılması olmalıdır. Keçid hökuməti Paşinyan xuntasının Ermənistanın  müxtəlif sahələrində törətdiyi dağıntıları düzəltmək üçün ən əsas addımları dərc etməlidir. Məsələn, hakimiyyətə gələndən elə ertəsi gün təhsil və elm sahələrində qəbul edilən antierməni qərarları, proqramları ləğv etmək lazımdır. Hakimiyyətə gəldikdən dərhal sonra yad etno-milli ünsürlərin Ermənistana immiqrasiyasının dayandırılması və  repatriasiyanın qanunvericilik, maliyyə və bütün digər yollarla təşviq edilməsi barədə qərar qəbul edilməlidir”.

Ayvazyan hesab edir ki, İrəvanda keçirilən mitinqlərdə  bu məsələlər prioritet kimi müzakirə edilməli və təklif olunan həll yolları tapılmalıdır.  “Uğursuzluq bu dəfə seçim deyil, son ola bilər”  – Armen Ayvazyan təkliflərini yekunlaşdırıb.

Musavat.com