Paşinyan Moskvadan Ermənistana qoşun yeritməyi xahiş edibbackend

Paşinyan Moskvadan Ermənistana qoşun yeritməyi xahiş edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan Kremldən KTMT qoşunlarının Ermənistana yeridilməsini istəyib. Editor.az bildirir ki, bu barədə “Baza” nəşri məlumat verib. Səbəb isə İrəvanda və digər şəhərlərdə davam edən kütləvi etiraz aksiyalarıdır.

Mənbənin yazdığına görə, KTMT-nin Moskva sammiti ərəfəsində (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hazırda Ermənistan sədrlik edir) Paşinyan bununla bağlı KTMT-yə rəsmi sorğu göndərib. “O, Moskvaya Təşkilat üzvlərindən təminat almaq üçün gəlib: İrəvanda vəziyyət Qazaxıstan ssenarisi üzrə inkişaf etsə, o zaman Rusiya və KTMT-nin digər üzvləri Ermənistana qoşun yeridəcək, iğtişaşları yatıracaq və Paşinyanın hakimiyyətdə qalmasına kömək edəcək. Çünki hazırda ölkədə millətçi hərəkat güclənir ki, bu da dövlətin konstitusiyon quruluşunu təhdid edir. Bu səbəbdən Təşkilatın Ermənistana hərbi kontingentin göndərilməsi ilə bağlı lazımi qərarın verilməsinə ehtiyac var”. Mənbə bildirir ki, Kremldə Paşinyanın xahişini geri çevriblər, daha doğrusu, ona bildiriblər ki, özü bu tələbi geri götürsün. Əks halda rəsmi qaydada gündəlikdən çıxaracaq.

  Editor.az