Paşinyan Moskvanın səbrini daşırır- ŞƏRHbackend

Paşinyan Moskvanın səbrini daşırır- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında KTMT barədə, eləcə də İrəvanın bu təşkilatda iştirakının zəruriliyi ilə bağlı müəyyən narahatlığı olduğunu bildirib.

Son vaxtlarda Ermənistanın Rusiyaya qarşı açıq şəkildə mənfi çıxışlar etməsi məlum məsələdir. Lakin maraqlısı budur ki, prezident Vladimir Putin erməni tərəfinin belə “rahat” açıqlamalarına niyə tutarlı cavab vermir?

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan açıq formada Qərbə aid olan bütün platformalarda Rusiyaya düşmənçilik edir:

“Hesab edirəm ki, Paşinyanın ikili oyunları, Qərb təşkilatlarında və qərbli diplomatlarla görüşlərində həm antiKTMT, həm də antiRusiya ritorikası Rusiya siyasi və hərbi elitasını əsla qane etmir. Belə ki, bütün açıqlamalar fonunda Paşinyanla bağlı vəziyyətin daha da gərginləşəcəyi ortadadır. Əslində o, Avropadan yeni ianələr cəlb etmək, eyni zamanda, Qərbə və sorosçulara tamamilə bağlı olduğunu nümayiş etdirmək üçün qəsdən Rusiya əleyhinə ritorikadan istifadə edir. Baş nazirin bu tip davranışları Rusiya və Ermənistan arasındakı vəziyyəti daha da gərginləşdirir”.

Politoloqun sözlərinə görə, rəsmi Moskva son dövrlərdə Paşinyanın KTMT, Rusiya əleyhinə fəaliyyəti, eyni zamanda Ermənistan ərazilərində Avropa İttifaqının müşahidə missiyası adı altında Fransa casus şəbəkəsi yerləşdirməsi siyasətini həzm edə bilmir:

“Rəsmi Kremldən verilən açıqlamalarda Paşinyanla bağlı narahatlığın ictimai publikaya da yönəlməyi vəziyyətin kifayət qədər tarana getdiyini göstərir. Bütövlükdə Paşinyanın Münhendə çıxışı, Ermənistan ərazisində Qərb casus şəbəkəsinin “at oynatmağı”, Gümrüdə hərbi bazası olan Rusiyanın  səbrini yoxlayır. Rəsmi Moskva yaxşı başa düşür ki, bu gün Paşinyan Ermənistan ərazilərinin Rusiya ilə geopolitik qarşıdurmanın növbəti məkanına çevirməyə çalışır. Bütün bunlar Rusiya ilə Ermənistan arasında münasibətlərin daha da qırılması, Moskvanın İrəvana iqtisadi və digər cəhətdən zərbələr vurmasına səbəb ola bilər”.

//Safura Bənnayeva, Editor.az