Paşinyan: “Praqada İlham Əliyevlə görüşəcəyəm”backend

Paşinyan: “Praqada İlham Əliyevlə görüşəcəyəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan Praqada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşlər keçirəcək.

Bununla bağlı Paşinyan bu gün Ermənistan parlamentinin iclasında məlumat verib.

O bildirib ki, İlham Əliyevlə görüş dördtərəfli formatda baş tutacaq:

“Görüşdə Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də iştirak edəcək. Görüş Avropa Siyasi Birliyi liderlərinin sammiti çərçivəsində baş tutacaq”.

Oxu.az