Paşinyan Putini hədələyir?-“Bu, Moskvaya verilmiş bir mesajdır”-ŞƏRHbackend

Paşinyan Putini hədələyir?-“Bu, Moskvaya verilmiş bir mesajdır”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan baş naziri Nikol Paşinyanın son zamanlardakı çıxışları və yürütdüyü siyasət İrəvan və Moskva arasındakı münasibətlərdə böyük gərginlik yaradır”.

Bunu Editor.az-a politoloq Ramiyə Məmmədova Ermənistanın baş naziri Nikol Paşinyanın Çexiyanın “Respekt” nəşrinə müsahibəsində bildirdiyi “Rusiyanın tələblərini qarşılamaqdan məmnunuq, ancaq özümüzə sanksiya tətbiq edilməsindən narahatıq”-fikirlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistanın Qərbə olan inteqrasiyası Rusiyanın maraqlarına uyğun deyil:

“Çünki rəsmi Moskvanın forpostu olan Ermənistan hər zaman onun əlinin altında olub. Ümumiyyətlə, Nikol Paşinyanın hakimiyyətə gəldiyi gündən etibarən yürütdüyü siyasət Rusiyanın xeyrinə deyil. Rusiya- Ukrayna müharibəsi fonunda rəsmi Moskvanın dünyada iqtisadi,siyasi vəziyyəti gərginləşdikdən sonra mövcud gücü də zəifləməyə başlayıb.Qafqazda olan gücünün azalması da elə buna nümu ədir. Lakin Ermənistanda yenə də müəyyən qədər təsir imkanı qalır. Buna görə də rəsmi İrəvana hər hansı tələb irəli sürmək imkanlarına da qadirdir”.

Politoloqun fikrincə, Rusiya sülhməramlılarını Qarabağda yerləşdirməklə Ermənistan üzərində öz qüvvəsini saxlaya bilib:

“Bu da sülh müqaviləsinin imzalanmasını gecikdirir. Paşinyan bir tərəfdən Qərbə yönəlsə də bu məsələdə Rusiyaya sığınır ki, sülh müqaviləsi bağlanmasın. Verdiyi müsahibədən də Paşinyanın Rusiyanın logistik yollarını tam bağlayacağı inandırıcı görünmür. Çünki rəsmi Moskvanın müharibə fonunda Qazaxıstan, Ermənistan, Türkiyə və Azərbaycan üzərindən dünyaya çıxışı var. Bu yolların bağlanması rus mallarının başqa ölkələrə keçməsinə böyük zərər vura bilər. Ermənistan da bunu çox gözəl bilir. O ikili oyun oynadığına görə bu gün açıq-aydın deyə bilir ki, Rusiyanın logistik yollarla mallarının digər ölkələrə keçməsinə şərait yaratsa da Qərbin sanksiyalarından narahatdır. Bununla da Rusiyaya mesaj verir ki, Azərbaycanla münasibətləri gücləndirdiyi halda “məcbur qalıb” logistik yolları bağlaya bilər. Rəsmi Moskvanın nə cavab verəcəyini isə yaxın günlərdə görmək mümkün olacaq “.

//Safura Bənnayeva, Editor.az