Qırğızıstan prezidenti Sadır Caparov Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Mətbuat Mərkəzindən verilən yazılı açıqlamada qeyd edilib.
İclasda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin dövlət başçılarının oktyabrın 13-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək görüşü müzakirə olunub.
Görüş zamanı Paşinyan müəyyən səbəblərdən MDB sammitində iştirak edə bilməyəcəyini bəyan edib.
//Safura Bənnayeva, Editor.az

