Paşinyan Putinin xəritə təklifi ilə razılaşdı: “Bəli, bu xəritələr lazımdır”backend

Paşinyan Putinin xəritə təklifi ilə razılaşdı: “Bəli, bu xəritələr lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Prezidenti Vladimir Putinin bəhs etdiyi delimitasiya xəritələri “Ermənistanın inzibati-ərazi bölgüsü haqqında” qanunda təsvir olunan sərhədlərlə 100 faiz olmasa da, ən azı 99 faiz üst-üstə düşür”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı deyib.

Paşinyanın qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası sovet dövrünün xəritələrinə əsaslanmalıdır:

“Onlar keçmiş ittifaq respublikalarının xəritələri ilə təxminən eynidir. Bəli, bu xəritələr lazımdır, bu müzakirələr lazımdır. Ancaq bu xəritələr hüquqi əsasları olan xəritələr olmalıdır. Müxtəlif illərin xəritələri bir-birinin təkrar çapıdır”.

Yenisabah.az