Paşinyan “Qarabağ Azərbaycandır” bəyanatını niyə verdi?- AÇIQLAMAbackend

Paşinyan “Qarabağ Azərbaycandır” bəyanatını niyə verdi?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyanın “Qarabağ Azərbaycandır” bəyanatını niyə verdi sualına bir neçə aspektdən baxmaq olar. Paşinyanın şəxsiyyət amilindən baxsaq, hakimiyyətə gəldiyi gündən qeyri-konstruktiv mövqe göstərən, daim fikirlərini dəyişən lider kimi yaddaşda qalıb. Gah Şuşada yallı gedib , gah Qarabağ Ermənistandır nöqtə deyib, gah da Şuşa heç vaxt erməni şəhəri olmayıb deyib”.

Bu fikirləri Editor.az-a açıqlamasında Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli səsləndirib.

Partiya sədri bildirib ki, belə təzadlı fikirlər Nikolun şəxsiyyət ikiləşməsindən xəbər verir:

“Elə mətbuat konfransından 2 gün öncə təhlükəsizlik xidməti əməkdaşları ilə görüşərkən “biz hökumət olaraq Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmasını təmin etməliyik” demişdi. 2ci yanaşma regionda yaranmış yeni geosiyasi reallıqla bağlıdır. Paşinyan anlıyır ki, separatçılar onun boynunda yükdü və bu yükü atmadan dövlətinin yuvarlandığı uçurum günü-gündən dərinləşir. Nəzərə alsaq ki, son dönəm Türkiyə ilə də bu dövlətin təmasları yaranıb, o zaman təxmin edə bilərik ki, baş nazir bu təmasların dərinləşməsi üçün Ərdoğanın şərtlərinin icrasına başlayıb. Təbii ki, söhbət mövzusu riyakar düşməndi, xüsusən Paşinyan nümunəsində adekvat olmayan şəxsin dilindən səslənən bəyanatın 2 gün sonra nəticəsi nə olacaq bilinmir. Hər halda faktdır ki, bu dövlət Qarabağda separatçlıların var olması üçün ayda 30 milyon dollar büdcədən vəsait ayırır. Bu maliyyə vəsaitinin dayandırılması erməni terrorçuların nəfəsliyinin bağlanması deməkdi. Demək ki, hər şey sadəcə sözdədi. Qaldı ki, Araik Arutunyanın mövqeyinə, o şəxsdən başqa reaksiya gözləmək absurd olardı. Çünki, özünə qarşı da xüsusən Rusiyadan təzyiqlər yarana bilərdi. Ancaq istənilən halda Xankəndi ilə İrəvan arasında ixtilafın yaranması Azərbaycanın ritotikasında heç bir dəyişikliyə səbəb olmamalıdı. Paşinyan nə qədər də bu yükü boynundan atsa da, Ermənistan dövləti illərdir bu münaqişəni Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsindən çıxarıb, DQ-Azərbaycan münaqişəsi kontekstinə salmağa çalışsa da, bizim bu məsələdə tək tərəf müqabilimiz Ermənistan dövlətidir. Separatçılar bizim üçün sadəcə antiterror əməliyyatı obyekti ola bilər, danışıqların əsla!”.

A. Əsədlinin sözlərinə görə  son proseslər də göstərdi ki, biz qarşı tərəflə digər problemlərin həllinə masa arxasında zamanla nail ola bilsək də, digər proseslər yalnız və yalnız hərbi güc vasitəsilə həllini tapmalıdır, necə ki bir qismi ötən il tapdı:

“Antiterror əməliyyatı isə Laçın dəhlizi açıq olduğu müddətcə heç bir işə yaramayacaq. Biz oğrunu bir qapıdan qovub, digər qapını rahat girişi üçün açıq saxlamış oluruq. Ona görə də, Laçın dəhlizi nəzarətə götürülməli və ardınca separatçılar məhv edilməlidi”.

//Gülnarə Abasova, Editor.az