Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiyanın preambulasına dəyişiklik edilməsi təklifini ictimai müzakirəyə çıxarmaq niyyətindədir.
Plana görə,Konstitusiyanın Qarabağa ərazi iddialarına yol verən maddələri Müstəqillik bəyannaməsinə istinadən çıxarılır.
“Hraparak” qəzetinin yazdığına görə, Paşinyan düzəlişləri “Real Ermənistan” layihəsi əsasında qurmağı planlaşdırır. Nəşrin məlumatına görə, siyasətçi ölkənin siyasi dairələrində mümkün müqavimətə və dəstəyin olmamasına baxmayaraq, planlarını həyata keçirmək niyyətindədir.
Qeyd edək ki, “Real Ermənistan” layihəsi fevralın 19-da Ermənistanın yenilənmiş Konstitusiya layihəsi üzrə referendumun keçirilməsi məsələsi ilə bağlı vətəndaşlara müraciəti çərçivəsində Paşinyan tərəfindən təklif edilib. Bundan əvvəl Ermənistanın baş naziri Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün əsas qanunun dəyişdirilməsinin mümkünlüyünü etiraf edib.
//Samir Qurbanov, Editor.az