“Paşinyan regiondakı vəziyyətə görə məsuliyyəti sülhməramlıların üzərinə atır”-Deputatdan ŞƏRHbackend

“Paşinyan regiondakı vəziyyətə görə məsuliyyəti sülhməramlıların üzərinə atır”-Deputatdan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan baş naziri Nikol Paşinyanın mütəmadi ziddiyyətli açıqlamalar verdiyinin şahidi olmuşuq. Bu açıqlamalarla həm cəmiyyəti çaşdırmaq, həm də sülh prosesinə müəyyən dərəcədə maneə törətmək məqsədi güdülür”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Onun sözlərinə görə, manipulyasiya edərək öz uğursuz siyasətini insanlara sırımaq istəyir:

“Bundan başqa vaxt qazanmaq və prosesləri öz xeyirinə dəyişmək niyyətindədir. Rusiya ilə görüşlər zamanı mövqeyini dəstəkləyən və yaltaqlıq funksiyasını yerinə yetirən açıqlamalarla çıxış edən Nikol Paşinyan hər vəchlə rəsmi Moskvadan dəstək almaq niyyətindədir. Arxa fonda Qərblə də münasibətləri yaxşılaşdırmağa çalışır. Bir sözlə, ikili oyun oynayır. İki il ərzində Paşinyan prosesləri uzadaraq əslində erməni xalqına çox böyük zərbə vurur. Proseslərin bu formada cərəyan etməsi nəticə etibarilə Ermənistan hökumətini çıxılmaz vəziyyətə salacaq və növbəti tarixi uğursuzluğunu yaşayacaq. Paşinyan rus sülhməramlılarının bölgədə fəaliyyətini uzatmaq istəyən şəxs olsa da hazırda Xankəndi-Şuşa yolunda azərbaycanlı ekofəalların keçirdiyi etiraz aksiyasında məsuliyyəti birbaşa sülhməramlıların üzərinə atır”.

Deputatın fikrincə, Paşinyan bir ay əvvəl verdiyi açıqlamaları unudub:

“Azərbaycan öz mövqeyində qətidir. Tək istəyi 10 noyabr bəyanatının şərtlərinin yerinə yetirilməsidir. Rusiya sülhməramlıları erməni qanunsuz silahlı birləşmələrini bölgədən çıxartmalıdır. Azərbaycan ərazilərində ekoloji terrora son qoyulmalıdır. 30 ilə yaxın müddətdə onsuz da talan edilmiş sərvətlərimizin yenidən istismar edilməsi dayandırılmalıdır. Ekofəllarımız öz vəzifələrini yerinə yetirirlər və biz istəklərimizə nail olacağıq. Ən qısa müddətdə bütün torpaqlarımızda bayrağımız dalğalacaq”.

//Safura Bənnayeva, Editor.az