“Paşinyan Rusiyanı indi bu yolla şantaj etməyə başlayıb”-ŞƏRHbackend

“Paşinyan Rusiyanı indi bu yolla şantaj etməyə başlayıb”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Belə bir fikir söyləmək onun səlahiyyətli  bir adam olmadığını göstərir. Çünki heç bir özünə hörmət edən dövlət adamı belə absurd və savadsız bəyanat səsləndirməz”.

Bu fikirləri Editor.az-a politoloq Natiq Miri Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi mətbuat konfransında 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannaməyə əsas gətirərək “Qarabağın təhlükəsizliyinin təminatçısı Rusiya Federasiyasıdır” kimi səsləndirdiyi fikri şərh edərkən bildirib.

Onun sözlərinə görə, bəyannamənin Kreml variantında belə bir müddəa yoxdur:

” Çünki Rusiya Federasiyası və Prezidenti dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edib. Belə olan təqdirdə Azərbaycanın tərkib hissəsi olan Qarabağda yaşayan milli azlığın təhlükəsizliyinə başqa dövlət necə təminat verə bilər? Bu absurd olduğu qədər həm də yalandır. İkinci tərəfdən guya bunun Rusiya Federasiya Şurası tərəfindən təsdiqləndiyi barədə də fikir söylədi. Bu da ağ yalandır. Çünki heç bir dövlət başqa bir dövlətin bu səviyyədə suverenliyinə hörmətsizlik edib daxili işlərinə qarışa bilməz. Bu, beynəlxalq hüquqda təsbit olunub. Qarabağla bağlı məsuliyyətdən qaçmaq və baş verənləri Rusiyanın üzərinə atmaq üçün bu kimi fikirlər irəli sürülür”.

Natiq Miri qeyd edir ki, Qarabağın təhlükəsizliyinə Ermənistan və ordusu təminat verə bilmir:

” Çünki buna Azərbaycan imkan verməyəcək. Bu məsələni Qarabağda hərbi güc kimi Rusiya sülhməramlılarının mövcudluğu səbəbi ilə elə onların üzərinə yükləmək məqsədi güdülür. Onları şantaj etməklə Qarabağda mövcud olan separatçı rejimin müdafiəsinə təminat yaratmaq istəyir”.

//Safura Bənnayeva, Editor az