Paşinyan Rusiyanı növbəti dəfə ələ saldı – Moskvanın cavabına 1 gün qaldıbackend

Paşinyan Rusiyanı növbəti dəfə ələ saldı – Moskvanın cavabına 1 gün qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın Azərbaycana qarşı yürütdüyü aqressiv siyasətinin açıq nümunəsi olan Nikol Paşinyanın son açıqlamaları çox güman ki, daxili auditoriyaya hesablanmış bir gedişdir”.

Bunu Milli.Az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, Ermənistanın idarə olunma rıçaqlarının əsasları Moskvadadır:

“Paşinyan gözəl bilir ki, Azərbaycan onun səsləndirdiyi fikirlərlə nəinki razılaşmayacaq, həm də onları birmənalı şəkildə rədd edəcək. İkincisi də ki, Paşinyanın son açıqlamaları ümumiyyətlə üçtərəfli bəyanatların kontentinə uyğun yanaşmalar deyil. Çünki üçtərəfli birgə bəyanatların əsas qayəsi bölgədə yeni əməkdaşlıq situasiyasının yaranmasından ibarətdir ki, kommunikasiyalar açılsın, ölkələr arasında heç bir maneələr olmadan yüklər daşınsın, insanlar sərbəst gediş-gəliş etsinlər və bu minvalla da yeni bir inteqrasiya mühiti formalaşsın. Onsuz da bu inteqrasiya mühiti var idi və onun təşəbbüskarı kimi həmişə Azərbaycan çıxış edirdi, edir də. İndi bundan sonra artıq Ermənistan da bu proseslərə qatıla bilər. Əgər Ermənistan özünü normal aparacaqsa, əgər Ermənistan yenidən təxribatlara yol verməyəcəksə, transsərhəd bölgəsində sakitlik bərqərar olacaqsa, o zaman Ermənistan bu proseslərə qatıla bilər.

Birdə ki, bu, tək Azərbaycanın qayğısı olan məsələ deyil. Ermənistanın şıltaqlıqları, kaprizləri və s., bu, tək Azərbaycana aid problemlər deyil. Bu, həm də Rusiyaya aid problemlərdir. Rusiya onsuzda bu ölkəni kənardan idarə edir. Ermənistanın idarə olunma rıçaqlarının əsasları Moskvadadır. Ona görə də Rusiya rəhbəri gərək bu məsələlərə birmənalı və prinsipial münasibət bildirsin və Ermənistana həm də anlatsın ki, köhnə siyasətin artıq vaxtı bitib. Artıq bölgədə yeni reallıqlar yaranıb, yeni siyasət dövrüdür. Əgər yeni post-müharibə şəraitindən danışırıqsa, o zaman Ermənistan gərək ilk növbədə öz davranışında dəyişikliklər etsin. Digər tərəfdən də anlasın ki, bundan sonra onun təxribatyönlü niyyətləri, hərəkətləri heç vaxt keçərli olmayacaq. Əgər cəhdlər olsa belə, onlar heç bir nəticə verməyəcək”.

Qeyd edək ki, Ermənistan hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı münasibətdə aqressiv siyasət yürütməkdə davam edir. Belə ki, Paşinyan hökumətinin parlamentə çıxardığı və təsdiq olunduğu sənəddə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları növbəti dəfə təsdiq olunub. Paşinyan öz nitqində Qarabağı yenə də Artsax adlandıraraq Azərbaycanın bu bölgəsinin öz müqəddəratını təyin etmə statusuna malik olduğunu bildirib.