Paşinyan Rusiyanı Ukrayna ilə ŞANTAJ EDİRbackend

Paşinyan Rusiyanı Ukrayna ilə ŞANTAJ EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanla Rusiya arasında “KTMT” gərginliyi səngimək bilmir. Rəsmi İrəvan artıq neçənci dəfədir ki, Kremlin himayəsi altında qurulan təşkilatı hədəfə alan bəyanatlarla çıxış edir. Bu dəfə də baş nazir Nikol Paşinyan növbəti dəfə Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatını (KTMT) tənqid edib. Özü də bu qalmaqallı açıqlamasını Amerika qeyri-hökumət təşkilatının iştirakı ilə keçirilən “Ermənistan Demokratiya Forumu”nda səsləndirib. Bildirib ki, Ermənistanın müttəfiqləri ilə münasibətlərini yenidən “nəzər keçirmək” qərarına gəlib.

O bildirib ki, 2021-ci ilin mayında Azərbaycan guya Ermənistan ərazisini işğal edəndə və eskalasiya yarananda KTMT-nin buna reaksiyası “sıfır” olub. O zaman, onun fikrincə, Ermənistan dövlətçiliyini itirə bilər. Bundan sonra Ermənistanda bəzi yüksək rütbəli hərbçilərin eskalasiyanın qarşısını almaq üçün heç bir tədbir görmədiyi üzə çıxıb və onlardan bəziləri həbs olunub.

Yada salaq ki, İrəvan KTMT-ni mütəmadi olaraq belə tezislə tənqid edir ki, guya Azərbaycan və Ermənistan arasında yaranmış vəziyyətə görə bu qurum Ermənistan tərəfində hərəkət etmir. Bu günlərdə Nikol Paşinyan Ermənistanın strukturdakı üzvlüyünün dondurulmasına, hətta ondan çıxmasının mümkünlyünü bildirib. Rəsmi Moskva dəfələrlə Qərbin Ermənistana təsir göstərməyə çalışdığını vurğulayıb.

İrəvan Moskvanı Uktayna ilə şantaj edir

Forumda da Ermənistanın baş naziri Nikol Paşinyan faktiki olaraq bəyan edib ki, respublika Ukrayna ətrafındakı vəziyyətlə bağlı və Rusiyaya münasibətdə öz mövqeyini müəyyənləşdirməli olacaq. Hökumət başçısı qeyd edib ki, Ukrayna ətrafında hadisələr başlayanda guya Ermənistan müəyyən dərəcədə beynəlxalq platformalarda müxtəlif səsvermələr zamanı balanslı mövqe tutmağa cəhd edib. Və bu mövqe bütün tərəfdaş dövlətlər tərəfindən məmnunluqla qarşılanıb. Amma zaman, necə deyərlər, dəyişib və Paşinyan faktiki olaraq Ermənistanı qərar verməyə çağırıb. “Aydındır ki, zaman keçdikcə Ermənistan və bütün digər ölkələr üçün manevr meydanı daralır. Bu, çox ciddi çağırışdır, hər dəfə hamı üçün, xüsusən də öz həssaslığını nəzərə alaraq Ermənistan üçün problemə çevrilir”, – Paşinyan bildirib.

Əlavə edək ki, bu, Ermənistan liderinin sanksiyalar mövzusuna ilk dəfə toxunması deyil. Mayın ortalarında Nikol Paşinyan Rusiyaya görə Qərbin sanksiyaları altına düşmək təhlükəsinin “qırmızı xətləri” adlandırmışdı. “Sanksiyalar bizim qırmızı xətlərimizdir. Və biz bunu ruslara açıq şəkildə deyirik: biz sizi incitmək istəmirik, amma özümüz sanksiyalara məruz qalmağa imkan vermirik. Burada heç bir sirr yoxdur”, – Nikol Paşinyan bildirib. Aprelin 26-da BMT Baş Assambleyasının 77-ci sessiyası zamanı Ermənistan Avropa Şurası ilə əməkdaşlığa dair qətnaməni dəstəkləyib və bu qətnamədə “Rusiyanın Ukraynaya qarşı təcavüzü” adlandırılıb.

Milli.Az