Paşinyan seçki öncəsi iki cəbhə arasında: Sülhə aparan yolda kiminlə irəliləyəcək?backend

Paşinyan seçki öncəsi iki cəbhə arasında: Sülhə aparan yolda kiminlə irəliləyəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat konfransından ilkin başa düşdüyümüz bu oldu ki, o, çox mədəni şəkildə bir tərəfə “sağ ol” dedi, digər tərəfə isə yaşıl işıq yandırdı. Paşinyan onu hakimiyyətə gətirənlərin qolundan bərk tutub. Xüsusilə, seçki öncəsi yenə dəstəyə ehtiyacı var ki, eyni tərəfə ümid edir. Deməli, Rusiya oxundan tamamilə çıxmaq qərarları qətidir”.

Bunu Editor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Paşinyanın seçki qabağı ehtiyacı olan həm də qorumalı olduğu reputasiyası, qazanılması labüd olan xarici siyasət uğurudur:

“Sülh müqaviləsinə qədər atılacaq istənilən addımı buna hesablayır. Sonrasını sonra göstərər düşünüb, indiki məqamda tərəfini maksimum göstərməyə çalışır ki, maksimum da dəstək ala bilsin. Bu reallıqlar qarşılığında dəstəyinə ümid etdiyi tərəfin də ondan istəkləri var. Bu, dəhlizlərə nəzarətlə bağlıdır. Bu istiqamətdə də rəqabət, cəlb edilməyə çalışılan aktorlar qədər, hüquqi şəxslərin də adı çoxdandır ki, hallanır. Sülh müqaviləsinə qədər Azərbaycanın da iki şərti bəllidir.

Xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Paşinyanın Azərbaycanla sülh müqaviləsi, Türkiyə ilə normallaşma ilə bağlı qətiyyətli yanaşmasının şahidiyik. Paşinyan hansı tərəfin ona fayda verəcəyini, nəyin xeyir gətirəcəyini anlayır. İnkişafın əksi olan üzü divara doğru təkidin mənasızlığını dərk edir. Səsləndirilən fikirlərin mənfi olması üçün əsas yoxdur, lakin müsbət qəbul edilməsi də ritorikadan çıxıb, əməli addıma keçməyi tələb və diktə edir. Həm Paşinyan, həm də digər tərəflər bütün amilləri nəzərə alıb diqqətli addımlar atılmalıdır.Vacib olan digər amil isə Paşiyanın bunları indiki, seçki qabağı zamanda deməsi qədər sona kimi eyni fikir üzərində dayanılmasıdır. Bunu Paşinyan təmin etməli, biz isə “döyməliyik”. Nəzərə alsaq ki, Konstitusiya dəyişikliyi hər bir halda seçkidən sonraya hesablanıb, zənnimcə, sülh müqaviləsinə qədər dəhlizlə bağlı razılığa gəlinməsi həm seçki qabağı Paşinyana, həm də işin icrasında maraqlı olan tərəflərə lazımlıdır. Kağız üzərində sülhdənsə, mübadilə predmeti olan məsələlər üzərindən sülh daha dayanıqlı sülh deməkdir. Sülh müqaviləsinə qədər hələ həll edilməli məsələlər icra edilməlidir, bunları nəzərə alsaq sülhə qədər görüləcək işlər icra edilmə qətiyyəti əsas tutularaq zaman qazanılması baxımından hər bir tərəfə lazımdır. Bu müddət isə uzun görünmür”.

//Gülnarə Abasova, Editor.az