Paşinyan: Sərhədləri açmalıyıq, amma dəhliz olmayacaqbackend

Paşinyan: Sərhədləri açmalıyıq, amma dəhliz olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Regionda kommunikasiyaların açılması ölkənin çoxillik blokadasını yarmağa kömək edəcək”.

Editor.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistanda əlverişli mühitin formalaşdırılmasının vacib amillərindən biri üçtərəfli komissiyanın işinin aktivləşdirilməsi və regionda kommunikasiyaların açılması ilə konkret nəticələrin əldə olunmasıdır.

Eyni zamanda , Paşinyan Ermənistan vasitəsilə dəhlizin yaradılmasına izin verməyəcəklərini söyləyib:

“Biz inkar etmirik ki, kommunikasiyaların açılması mövzusu Ermənistanın dövlət maraqları üçün müəyyən risklər daşıyır. Ona görə də hökumət proqramında göstərilir ki, proses prioritetlər siyahısında yer almalıdır, amma o, Ermənistan və “Dağlıq Qarabağ”ın təhlükəsizliyi hesabına aparılmamalıdır”.