“Paşinyan Soçidə “Qarabağ” sözünü dilinə gətirmədi? – Mühüm açıqlamabackend

“Paşinyan Soçidə “Qarabağ” sözünü dilinə gətirmədi? – Mühüm açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Böyük ehtimalla, Azərbaycan tərəfi “Qarabağ” sözünün Soçi bəyanatına salınmasının əleyhinə olub”. 

Bu sözləri  açıqlamasında siyasi şərhçi Azər Qasımlı deyib.

O, Soçi bəyanatının müddəalarına münasibət bildirib:

“Paşinyanın da Qarabağla bağlı hər hansı bir mövqeyi yox idi. Putinlə görüşdə bu haqda heç nə danışmadı. O daha çox Ermənistan-Azərbaycan sərhədindəki toqquşmadan, yaxud Ermənistan ərazisindən keçəcək kommunikasiya xətlərinə nəzarət barədə fikri yürüdüb”.

A.Qasımlı əlavə edib: “Bu yaxınlarda Paşinyanın rəhbər olduğu “Vətəndaş müqaviləsi” fraksiyası təklifi ilə Ermənistan parlamentində Qarabağla bağlı bir konsepsiya qəbul olundu. Həmin sənəddə də Qarabağın müstəqilliyi, yaxud hər hansı bir statusundan söz açılmır.

İndi söhbət yalnız Qarabağdakı erməni əhalisinin hüquq və təhlükəsizliyindən gedir. Qarabağ məsələsi bu sənəddə öz əksini tapmadı. Çünki sənədi qəbul etməzdən əvvəl Putinlə Əliyevin görüşü oldu. Prezident Əliyev qısa çıxışında dedi ki, Qarabağ problemi artıq həll olunub, tarixə qovuşub və başqa məsələlərdən danışmaq lazımdır. Təbii ki, belə bir açıqlamadan sonra artıq bəyanatda “Qarabağ” sözü yazıla bilməzdi.

Amma bu o demək deyil ki, problem tamamilə qapanıb. Problem o zaman qapanacaq ki, Rusiyanın hərbi kontingenti ərazidən çıxacaq”.

A.Qasımlı məsələyə pessimist yanaşaraq deyib ki, bəyanatlarla reallıq fərqlidir:

“Reallıq odur ki, ərazimizdə başqa bir ölkənin hərbi kontingenti, eləcə də bölgədə bizi qəbul etməyən kiçik də olsa, əhali qrupu və onların “administrasiyası” mövcuddur. Bu görüşdən əvvəl də mitinq təşkil etdilər və Ermənistandan insanları mitinqə gətirdilər ki, guya onlar Qarabağda yaşayır. Əslində, Qarabağda o qədər insan yaşamır. Bu manipulyasiyadır”.

Yenisabah