Paşinyan SÜLH İSTƏMİR – Bakı bunu hesabda ƏKS ETDİRƏCƏK: Türkiyə üçün TARİXİ ŞANSbackend

Paşinyan SÜLH İSTƏMİR – Bakı bunu hesabda ƏKS ETDİRƏCƏK: Türkiyə üçün TARİXİ ŞANS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan növbəti dəfə müxtəlif maraqları tarazlaşdırmaq oyunu oynayır”.

Bunu açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

O bildirib ki, Nikol Paşinyan həm Qərbin, həm də daxili auditoriyanın yanında özünə divident qazanmaq istəyir:

“Belə görünür, Nikol Paşinyan KTMT müqaviləsinin yenilənməsinin planlaşdırılan açıq imzalanmasını kameralar üçün rədd edib. Digər tərəfdən, ləğv edilmiş ATƏT-in Minsk qrupunun üzvü olmuş Paris vasitəsilə İrəvana həm öz əhalisi, həm də xaricdəki diaspora maliyyəçiləri yanında legitimlik və etibar qazandırır. Bu da məhz Fransanın özünəməxsus qərəzliliyi və ardıcıl olaraq birtərəfli ermənipərəst mövqeyi ilə bağlıdır.

Ancaq bunların heç biri mümkün olan ən sərfəli şərtləri əldə etmək üçün kənarda müharibəyə və ya düşmənçiliyə hazırlığa işarə etmir. Öz növbəsində, Azərbaycan da öz tərəfdarlarını masa arxasına çəkə və məsələn, görüşdə Türkiyə nümayəndəsinin olması ilə diplomatik cavab verə bilər.

Ermənistan ya genişlənmiş, balanslaşdırılmış danışıqlara dözməli, daha neytral arbitrlə razılaşmalı, ya da üçüncü tərəflərin iştirakı olmadan əvvəlki birbaşa danışıqlar formatına qayıtmalıdır. Onun edə bilməyəcəyi şey bütün danışıqlar prosesini ələ keçirmək və ya xüsusi rəftar gözləməkdir. Yenə də deyirəm, indiki vaxtda yeni bir total müharibə ehtimalı çox azdır, lakin İrəvanın ictimaiyyət tərəfindən bəyənilməsi və təbliğatının təsiri üçün təxribatlar, vaxt itkisi Paşinyanın siyasi strategiyasının ayrılmaz hissəsidir və hamı üçün bu məsələ belə də qəbul edilməlidir.

Hətta Fransa da yenə iştirak etsə belə, danışıqların gedişatına təsir edə bilməsi və ya təsir etməsi üçün heç bir səbəb yoxdur. Fransanın son söz və ya heç bir sözü yoxdur və prosesi müşahidə etməkdən başqa bir iş görərsə, onun müdaxiləsi son nəticədə Bakı tərəfindən rədd edilə bilər. Bakı Ermənistandan ideal danışıqlar müddəti təklifi gözləməməli, əksinə, qarşılıqlı razılaşdırılmış kompromis həll variantı əldə olunana qədər öz əks tələbləri ilə cavab verməlidir”.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev ötən gün ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bəyan etdi: “Dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”.

Milli.az