Paşinyan “sülh qaranquşu” olmağa çalışır: “İran Ermənistanı yarı yolda qoyub”-AÇIQLAMAbackend

Paşinyan “sülh qaranquşu” olmağa çalışır: “İran Ermənistanı yarı yolda qoyub”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın verdiyi bəyanatlar bir növ oyuna çevrilib”.

Bunu Editor.az-a politoloq Ramiyə Məmmədova son zamanlarda Ermənistan baş naziri Nikol Paşinyanın “Sülhün kəsişməsi” layihəsi ilə bağlı verdiyi açıqlamalara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan bu gün bir çox layihələrdən geri qaldığını başa düşüb:” Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico” nəşrinə müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlaması Ermənistanın narahatlığına səbəb olub. Ermənistan zaman keçdikcə, sazişlərdən, regionda gedən proseslərdən geri qalacaq. Bu gün rəsmi İrəvana Türkiyə, Azərbaycan və İran tərəfindən şərait yaradılır ki, Zəngəzur dəhlizi açılsın və bu ölkə bütün Avropa, Asiya regionunun bir çox yolu həmin dəhlizdən keçsin. Ancaq Ermənistan buna getmir”.

Politoloqun fikrincə, Ermənistanın həmin layihədə iştirakı üçün bir yolu var:” Həmin yol isə Azərbaycanla sülh müqaviləsinin bağlanmasıdır. Bundan sonra bütün iqtisadi layihədə iştirakına qərar verə bilər. Ermənistan isə hələ də fikirləşir. “3+3″ formatına əsasən bütün dövlətlər birləşib iqtisadi inkişafa doğru irəliləməlidir. Əgər Ermənistan yaxın müddətdə sülh müqaviləsinə getməsə sözügedən layihələrdən geri qalacaq”.

R.Məmmədovanın fikrincə, İran bu gün sırf iqtisadi baxımdan öz rifahı naminə Ermənistanı sataraq yolun açılmasına qərar verib:” Rəsmi İrəvanın başqa yolu yoxdur. Rifaha doğru irəliləmək istəyirsə, sülh sazişini imzalamalıdır. Zəngəzur dəhlizində açılmasını planladığı postların da bir əhəmiyyəti yoxdur”.

//Safura Bənnayeva, Editor.az