“Ödənişli vasitələrlə, hətta süni intellektdən istifadə edərək mənim Dubayda, Fransada, Los-Ancelesdə evim olduğunu yazırlar. Guya ailə üzvlərim Ermənistanda və başqa müxtəlif ölkələrdə bizneslərə sahibdir. Hətta İsveçrə banklarında milyonlar saxladığımızı, orqan satdığımızı iddia edir, bizi azyaşlılara cinsi istismar məsələlərinə qarışmaqda günahlandırırlar”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bütün iddiaları və yayılan məlumatları “hibrid müharibə” adlandırıb:
“Deyirlər ki, müxalifət sülhə qarşı deyil. Amma eyni zamanda hakimiyyətə gəlsələr, sülhü yenidən nəzərdən keçirəcəklərini də vurğulayırlar. Mən çox açıq, heç bir yumşaldıcı ifadə olmadan demək istəyirəm: Bu, həm Azərbaycanın, həm də Ermənistanın suverenliyinin itirilməsi təhlükəsinin olduğu bir hibrid müharibədir. Onların dediyi mətnlərin çoxunu hətta özləri də başa düşmür, bu sözlər başqa yerlərdə yazılıb və onlar sadəcə oxucu rolundadırlar. Bütün bu qüvvələr sülhün reviziyası mövqeyindən çıxış edirlər, bu isə qaçılmaz müharibə deməkdir, üstəlik seçkilərdən sonra çox keçmədən – maksimum payızda baş verə bilər”.
Globalinfo.az

