Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Paşinyan Trampı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib və Ermənistan-ABŞ münasibətlərinin son illərdəki inkişafı və cari vəziyyəti barədə məlumat verib.
Danışıqlar zamanı həmçinin regional gündəmlə bağlı məsələlər müzakirə olunub.
Musavat.com