Ankaranın Ermənistana hava yüklərinin daşınmasına qoyulan qadağanı aradan qaldırmaq qərarı ölkələr arasında danışıqlara təkan verə bilər.
Editor.az bildirir ki, bu fikri Ermənistanın naziri Nikol Paşinyan mətbuat konfransında deyib. Ermənistan hökumətinin başçısı qeyd edib ki, Türkiyənin bu addımı alqışlana bilər və təkcə danışıqları davam etdirmək deyil, həm də Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasını sürətləndirəcək konkret addımların atılması baxımından da vacibdir.
Paşinyan ümid etdiyini bildirib ki, danışıqlar nəticəsində Ermənistan-Türkiyə quru sərhədi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılacaq. Baş nazir bu nailiyyətlərin təkcə Yerevan və Ankara arasında ikitərəfli münasibətlər üçün deyil, beynəlxalq təchizat zəncirlərinin təmin edilməsi üçün vacib olduğuna xüsusi diqqət yetirib – kommunikasiyalar açıldıqdan sonra region daha cəlbedici və əhəmiyyətli olar: “Ermənistanı inkişaf etmiş və təhlükəsiz ölkəyə çevirmək istəyiriksə, regionda münasibətlərin keyfiyyətini dəyişməliyik. Burada imkanlardan çox, qorxu gördük (səbəbi aydındır). Amma bəlkə də buna başqa bucaqdan baxmağın vaxtı çatıb”, – Paşinyan bildirib. 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistan və Türkiyə milli komandaları arasında keçiriləcək futbol oyunlarını şərh edərkən, o, bu oyunlar çərçivəsində ölkə liderlərinin görüşünün keçirilməsi hazırkı vəziyyətdən və hökumətin siyasi iradəsindən asılı olduğunu deyib. Tərəflər, əlaqələrin həllində müsbət fürsətlərdən istifadə etmənin roluna da işarə edib.
//Samir Qurbanov, Editor.az

