Paşinyan və Mişel Brüsseldə Bakı ilə İrəvan arasında sülh prosesini müzakirə ediblərbackend

Paşinyan və Mişel Brüsseldə Bakı ilə İrəvan arasında sülh prosesini müzakirə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının rəhbəri Şarl Mişel Brüsseldə keçirilən nüvə enerjisi sammiti çərçivəsində görüşüblər.

Bu barədə məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.

Bildirilib ki, tərəflər Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Eyni zamanda tərəflər Bakı ilə İrəvan arasında sülh prosesi ilə bağlı fikir mübadiləsi aparıblar, Avropa İttifaqı Şurası sədrinin Azərbaycan və Ermənistan liderləri ilə 2023-cü il mayın 14-də və iyulun 15-də Brüsseldə keçirilmiş üçtərəfli görüşləri nəticəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Oxu.az