Paşinyan xalqı yeni prosesə hazırlayır – Erməni deputatbackend

Paşinyan xalqı yeni prosesə hazırlayır – Erməni deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan, arvadı və onun komandası hər gün bizi inandırmağa çalışır ki, ermənilər zəif, dezertir xalqdır.

Editor.az xəbər verir ki, bunu Ermənistan Blokundan deputat İşxan Saqatelyan deyib.

“Onlar ölkəni yeni kapitulyasiyaya aparırlar. Erməni vətəndaşları nə etdiklərini soruşanda “bizim başqa çıxış yolumuz yoxdur, şükür edin ki, İrəvanı verməmişik” deyirlər. Bu gün hökumətin bütün addımları bir hədəfə yönəlib. Məqsəd xalqın müqavimətini, ordunu sındırmaq, ölkəni kapitulyasiyaya gətirməkdir. Bu faktdır, hansısa şişirtmə deyil. Bu situasiyada nə etməliyik? Müharibədən sonra aydın idi ki, ləyaqətimizin bərpası üçün hakimiyyət dəyişikliyi olmalıdır. Bunu etmədən prosesi dayandıra bilməyəcəyik”, – o bildirib. /Globalinfo.az