“Paşinyan Xankəndiyə gələrsə, Qarabağ erməniləri…”backend

“Paşinyan Xankəndiyə gələrsə, Qarabağ erməniləri…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

““Xankəndi Azərbaycanın nəzarətinə kecəcək” cümləsi Qarabağ separatçılarını və Ermənistandakı siyasətçiləri qorxudub. Ermənilər iddia edirlər ki, 10 noyabr bəyanatında Xankəndinin Azərbaycana qaytarılmasıyla bağlı bənd yoxdur. Ona görə də də guya Xankəndi rəsmi Bakının tabeçiliyinə verilə bilməz. Belə bir bənd bəyanatda yoxdursa, erməni separatçıları niyə narahat olublar? Erməni separatçılarının narahatlığı üçün əsaslar kifayət qədərdir: Azərbaycan qarşısında qoyduğu hədəfin böyük hissəsinə çatıb. Azərbaycan ordusu işğal altındakı ərazilərin böyük hissəsini azad edib. Ancaq Azərbaycan yerdə qalan hədəflərə də çatmalıdır. Misal üçün prezident İlham Əliyev də qeyd edib ki, “biz Xocalıya qayıdacağıq”. Bu o deməkdir ki, Azərbaycan istənilən vasitə ilə Xocalını işğaldan azad etməyi qarşısına məqsəd qoyub. Bunu erməni separatçıları da anlayırlar. Azərbaycan hərbçiləri Xocalıya daxil olduqdan sonra Xankədinin mühasirəsi daralacaq. Bunu da erməni separatçıları anlayırlar”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

“İkincisi, erməni informasiya saytları son zamanlar belə xəbərlər yayırlar ki, Azərbaycan ordusunun bölmələr Qarabağın müxtəlif istiqamətlərində postlarını irəli çəkirlər. Yəni Azərbaycan ordusu Qarabağda tədricən irəriləyir. Bu Azərbaycanın haqqıdır. 10 noyabr bəyanatı o demək deyil ki, biz əldə etdiyimizlə kifayətlənməliyik, harda mümkündürsə postlarımızı iləri çəkməliyik. Qarabağdakı erməni separatçıları indiki şərtlər altında Azərbaycan ordusunun irəriləməsinə mane ola bilməyəcək. Ona görə də erməni separatçıları yeganə həll yolunu Rusiyanın bu prosesin qarşısını almaqda görürlər. Erməni separatçıları istəyirlər ki, Azərbaycan ordusunun yenə əraziləri nəzarət altına almasına Rusiyanın bölgədəki hərbçiləri mane olsunlar. Əlbəttə, rusiyalı hərbçilərinin Qarabağda saylarının artmasıyla bağlı şübhələr var. Halbuki, 10 noyabr bəyanatına görə Qarabağda rusiyalı hərbçilərin Qarabağdakı sayı 1960 nəfər olmalıdır. Ancaq hətta sayın artıq olduğunu fərz etsək, rusiyalı hərbçilər Qarabağdakı təmas nöqtələrinin tamamına nəzarət edə bilmirlər. Erməni separatçılarını qorxudan amillərdən biri də budur. Digər tərəfdən erməni separatçıları ondan da qorxular ki, Rusiya hakimiyyəti Azərbaycan və Türkiyə ilə tərəfdaşlığa zərər verməmək üçün Qarabağda rəsmi Bakının hansısa istəklərini yerinə yetirə bilər. Rusiya və Türkiyə rəsmilərinin tez-tez görüşmələri və fikir mübadilələri aparması də erməni separatçılarını narahat edir. Bakı ilə Ankara Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın bu ay Şuşaya səfərinə ciddi hazırlaşır. Bu hazırlıqların arxasında Azərbaycan – Türkiyə ittifaqının Qarabağda da möhkəmləndirilməsi dayanır. Bu prosesə Moskva mane ola bilməyəcək. Misal üçün Kremlin əlində Türkiyənin Şuşada konsulluq açmasına və ya Türkiyənin Şuşada hərbi qarnizon yerləşdirməsinə qarşı alətləri yoxdur. İrəvan Ərdoğanın Şuşaya gəlişinə baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyanın Laçın dəhlizi üzərindən Xankəndiyə gəlişi ilə cavab verə bilər. Ancaq Paşinyan anlamalıdır ki, seçki öncəsi Xankəndiyə gələrsə, Qarabağ erməniləri keçmiş dövrlərdən fərqli olaraq onu bu dəfə gül-çiçəklə qarşılamayacaqlar. Paşinyanın Xankəndiyə gəlişini Moskva da istəməz. Çünki, bu hal həm Qarabağda, həm də azərbaycanlılarla ermənilərin arasında dayanan rusiyalı hərbçilərin problemlərini artırar. Onsuz da Azərbaycanda ən çox səslənən tələblərdən biri budur ki, Laçın dəhlizi nəzarət altına alınmalıdır. Aydındır ki, Rusiya Gürcüstanda, Moldovada və Ukraynada formalaşdırdığı separatçı bölgələr vasitəsilə “parçala vö hökm sür” siyasətini həyata keçirir. Rusiyanın Qarabağda hərbçilərinin yerləşdirilməsinin məqsədi də budur. Ancaq Rusiyanın Qarabağda hərbi varlığının Moskva üçün çətinlikləri də var. Moskva erməni separatizminin ayaqda qalmasına çalışaraq Qarabağın tamamının Azərbaycanın nəzarətinə keçməsini istəməsə də, Bakı ilə Ankaranın Qarabağda birgə atacağı addımları neytrallaşdırmaqda çətinlik çəkəcək. Moskvada onu da anlayırlar ki, Qarabağda separatizmin yox edilməsinin əngəllənməsi Azərbaycan və Türkiyə ilə indiki tərəfdaşlıq münasibətlərinı poza bilər” – E.Şahinoğlu qeyd edib.