“Paşinyan yekun sülh müqaviləsinin imzalamamaq üçün artıq bəhanə tapa bilmir”- Millət vəkili ŞƏRH ETDİbackend

“Paşinyan yekun sülh müqaviləsinin imzalamamaq üçün artıq bəhanə tapa bilmir”- Millət vəkili ŞƏRH ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan 1921, 1923, 1969, 1975-ci il xəritələrinə əsasən danışırlar. Biz isə deyirik ki, demarkasiya hüquqi qüvvəyə malik sənədlər əsasında aparılmalıdır”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vladivostokda erməni icmasının nümayəndələri ilə görüşündə deyib.
İkinci Qarabağ müharibəsindən bu yana Azərbaycan yekun sülh müqaviləsi imzalamağa hazır olsa da, Ermənistan tərəfi hələ də məğlubiyyətini dərk edib sülhə razılaşmaq istəmir. Biz bunu Ermənistan Baş naziri Nikol Paşinyanın atdığı addımlarda aydın görürük. Gah tezliklə sülh imzalana bilər deyir, gah da müxtəlif bəhanələr, təxribatlarla bu prosesi uzatmağa çalışır. Digər tərəfdəndə 44 günlük müharibə ərəfəsində gördüyümüz kimi, çətinə düşəndə xarici ölkə rəhbərləri ilə telefon danışığı edir. Bu dəfə ki, bəhanəsi isə demarkasiyanın “hüquqi qüvvəyə malik sənədlərə” əsasən aparılmasıdır. Bəs həmin illərə aid xəritələr hüquqi qüvvəyə malik deyil? Paşinyan bu çıxışında hansı sənədlərdən danışır?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən deputat Ceyhun Məmmədov bildirib ki, delimitasiya və demarkasiya məsələsində Azərbaycan hər zamanki kimi haqlıdır:

“Çünki həmin illərdə Azərbaycanın müəyyən əraziləri qoparılaraq Ermənistana verilib. Əvvəlki dövrlərdə də müzakirələr getdi ki, delimitasiya və demarkasiya məsələlərində 1975-ci ilin xəritəsinə istinad olunsun. Bütün hallarda görünən odur ki, Ermənistan bu prosesdən yayınmaq istəyir. Hətta 1975-ci ilin xəritəsini də əsas götürmək istəmir. Bu Ermənistanın növbəti yanlış addımıdır. Rəsmi İrəvan anlamalıdır ki, əsas tərəf Azərbaycandır və Azərbaycanın dediyi olmalıdır. Paşinyan bu açıqlamaları verməklə Azərbaycanı təhdid etmək, beynəlxalq ictimaiyyətin qarşısında Azərbaycanı haqsız çıxartmaq istəyirsə, səhv edir. Yaxşı olardı ki, erməni baş nazir belə məsələlərə vaxt itirməsin. Danışıqlar masasına oturaraq delimitasiya və demarkasiya məsələsinin sürətləndirilməsi ilə bağlı qərar qəbul etsin. Çünki Azərbaycan heç vaxt öz hədəflərindən geri çəkilmir. Delimitasiya və demarkasiya məsələsində prinsipiallığını qoruyacaq. Paşinyanın Moskvadakı açıqlamaları eyni zamanda Ermənistanın yekun sülh müqaviləsində səmimi olmadığını, prosesi uzatmaq istədiyi göstərir. Əgər Ermənistan nəyinsə dəyişəcəyinə ümid edirsə, bu hal yaşanmayacaq. Azərbaycan sona qədər hədəfləri uğrunda irəliləyəcək”.
 
//Safura Bənnayeva, Editor.az