Paşinyan yenə çərənlədi: “Bu, Rusiyanın siyasi avtoritetinə qarşı mübarizənin davamıdır “-ŞƏRHbackend

Paşinyan yenə çərənlədi: “Bu, Rusiyanın siyasi avtoritetinə qarşı mübarizənin davamıdır “-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nikol Paşinyan növbəti dəfə yalan danışır. Hər kəsə məlumdur ki, əvvəlcə Laçın yolunu qanunsuz yük daşımaların mərkəzinə çevirmişdilər və ekoaktivistlərin aksiyalarının başlamasından sonra Xəlfəli-Turşsu yolu ilə bu əməllərini yerinə yetirirdilər”.

Bu fikirləri Editor.az-a politoloq Tural İsmayılov Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamasında “Ermənistan “Dağlıq Qarabağ”a heç bir hərbi transfer həyata keçirmir. “Dağlıq Qarabağ”a hərbi təchizat, texnika və şəxsi heyətin gəlməsi sadəcə bir ittihamdır” fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Paşinyan bu formada çıxış etməklə Qərb ictimaiyyətində növbəti dəfə saxta fikir yaratmağa çalışır:

“Guya Ermənistanın Qarabağda hər hansı konfliktin, qanunsuz daşımaların memarı olmadığını göstərməkdə maraqlıdır. Əslində Nikol Paşinyanın bu gün həyata keçirdiyi siyasət yalana, riyakarlığa xidmət edir. Hələ də Ermənistan Silahlı Birləşmələrinin ünsürləri Xankəndi və ətraf ərazilərdən çıxarılmayıb “.

Politoloqun fikrincə, Azərbaycan ərazilərində bu kimi silahlı birləşmələrin qalması qəbuledilməzdir:

“Bu gün boş-boşuna hay-həşir salan Paşinyan Rusiyanın siyasi avtoritetinə qarşı da mübarizəsini davam etdirmiş olur. Bu baxımdan hesab edirəm ki, Nikolun növbəti sayıqlamaları da yalandan başqa birşey deyil. Daha çox Qərb icması ilə daxili Ermənistan auditoriyasını aldatmağa hesablanıb “.

//Safura Bənnayeva, Editor.az