Paşinyan yenə ÇƏRƏNLƏDİ: Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı qrupun göndərilməsi ilə bağlı fikirlərin arxasında nə dayanır?backend

Paşinyan yenə ÇƏRƏNLƏDİ: Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı qrupun göndərilməsi ilə bağlı fikirlərin arxasında nə dayanır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məlum olduğu kimi,  may ayının 1-dən 3-dək ABŞ-ın təşkilatçılığı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında müzakirələr aparılıb. Danışıqların nəticələri barədə rəsmi açıqlamalar verilməsə də müzakirələrin başlanmasını müsbət qarşılamaq olar”.

Bu fikirləri Editor.az-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə bildirib.

Onun sözlərinə görə, müəyyən müddət erməni tərəfinin və bəzi qüvvələrin qeyri-konstruktivliyinin nəticəsi olaraq tərəflər arasında danışıqlar dayanmışdı:

“Azərbaycan tərəfinin Ermənistana qarşı “sülhə məcburetmə tədbirləri” öz nəticəsini verdi. Laçın -aXankəndi yolunda, Həkəri çayının üzərində nəzarət- buraxılış məntəqəsinin qurulması onu göstərdi ki, Azərbaycan vəziyyətin dondurulması ilə barışmayacaq və  2020-ci ilin noyabrında əldə etdiyi Zəfərin davamı olaraq qarşısına qoyduğu məqsədləri təkbaşına da olsa yerinə yetirəcək.  Azərbaycan regionda sülhün yaranması, nəqliyyat – kommunikasiya xətlərinin birgə istifadəsi  və coğrafiyanın verdiyi üstünlüklərdən faydalanmaqda maraqlı olduğu üçün müxtəlif platformalarda sülh müzakirələrin aparılmasında iştirak edir.  Rəsmi Bakı bu müzakirələrdə “soyuqqanlı” davranır və platformada müzakirələrin aparılmasından aslı olmayaraq geriyə çəkilməyəcəyi  prinsipləri var. Bu prinsiplər də Azərbaycanın əldə etdiyi siyasi – hərbi qələbəyə və beynəlxalq hüquqa söykənir “.

Yalçın Hacızadənin fikrincə,  Azərbaycanın ortaya qoyduğu prinsiplərdən Ermənistanın da imtina etməsi mümkün deyil:

“Yəni, Azərbaycan dövlətinin “sülhə məcburetmə”  tədbirləri həm siyasi həm də hərbi müstəvidə elə qurulub ki, bunun mütləq nəticələri olacaq. Ona görə ehtimal etmək olar ki, tərəflər arasında sülhün əldə olunması üçün çərçivə razılaşması imzalansın. Ermənistan Baş naziri Paşinyanın Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı qrupun göndərilməsi ilə bağlı fikirlərinin  heç bir əhəmiyyəti yoxdur və hesab edirəm ki, ölkəsinin daxili ictimaiyyəti üçün hesablanıb. Əvvəla Laçın dəhlizi yoxdur, Laçın yolu var. Eyni zamanda, bu ərazilər Azərbaycanındır və orda kiminsə olmasına Paşinyanın qərar vermək səlahiyyəti yoxdur. Bununla bağlı da Azərbaycan Prezidenti dəfələrlə öz fikrini açıqlayıb ki, Qarabağ məsələsi Azərbaycanın daxili işidir və bunu kimlərləsə müzakirə etməyəcəyik. Həm də bizim öz ərazilərimizdə ictimai asayişi və təhlükəsizliyi təmin edəcək müxtəlif təyinatlı silahlı qüvvələrimiz var, hansısa “faktaraşdırıcılar”a ehtiyac yoxdur. Azərbaycan Ermənistan deyil ki, karvansaray qapısı kimi açıq olsun və hər əlinə çomaq alan gəlib ərazimizdə oturub nəyisə araşdırmaqla məşğul olsun “.

//Safura Bənnayeva, Editor.az