Paşinyan yeni mesaj verdi: Ermənistan sülhə hazırdır?- AÇIQLAMAbackend

Paşinyan yeni mesaj verdi: Ermənistan sülhə hazırdır?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın sülh sazişinə imza atması qaçılmaz olduğu qədər bu prosesdə, hətta sonrasında səmimiyyətinə inanmaq hardasa qeyri-mümkündür. Sülhü onların təpələrinə döyə-döyə əldə edəcəyik, birgəyaşayışda isə yenə çomağı yerə qoymaq olmaz. Nə qədər güclü və şüurlu olmalıyıqsa, bir o qədər də unutqan olmalı deyilik.  Paşinyanın mesajının bu hissəsi müsbətdir ki sülhün nəinki mümkün, həm də zəruri olduğunu bildirir. “Euronews” televiziyasına müsahibədən də bir daha məlum oldu ki, təmaslar mövcuddur. Lakin sözlə əməl üst-üstə düşməlidir. Burada isə bir məqam var ki, hər şey və bir çox məqamlar Paşinyanın nəinki sözlərindən, heç iradəsindən də asılı deyil. Paşinyan bir onu düz deyib ki, dəyişməz mövqe Azərbaycandadır, yəni əl kuklası bizik”.

Bunu Editor.az-a politoloq Şəbnəm Həsənova Ermənistan Baş naziri Nikol Paşinyanın “Avronyus” telekanalına müsahibəsində həm Ermənistan, həm də Azərbaycan ictimaiyyəti öz hakimiyyətlərindən sülh tələb etməlidir”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti  İlham Əliyevin cızdığı yol xəritəsi dost və düşmən olmaqla bütün tərəflərin təzyiq və dəstəklərini də nəzərə alaraq erməni icması və hakimiyyətinə təqdim edilmiş ən optimal variant və həll yoludur: “Əgər Paşinyan beynəlxalq ictimaiyyətin mühüm nüansları anlamasından söhbət açırsa beynəlxalq birliyi aldatma cəhdlərinə, siyasi manipulyasiyalara son qoymalı olduqlarını da dərk etməlidir.

Düşünürəm ki, sülh müqaviləsindən, qarşılıqlı etimaddan söhbət gedirsə o zaman cənab Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsinin ən vacib hissəsi müxbirin dövlət başçımıza ünvanladığı son sualdır ki, müsahibəni izləyən ermənilərə hansı mesajınız var. Çünki məlum məsələdir ki, ən yüksək olmaqla rəsmilərin təmasları mövcuddur. Birmənalı şəkildə dövlət başçımız sadə dillə onu dedi ki, bizdən qorxmağa ehtiyac yoxdur. Biz sizə ərazi iddiası etmirik, siz də bizə qarşı olan bu çoxəsrlik xülyalara son verin, gəlin adam kimi yaşayın”.

Politoloqun fikrincə, Ermənistanda ictimaiyyətin sülhə hazırlaşdırılması prosesi gedir: “Düyməyə artıq basılıb. Lakin buna mane olan köhnə idarəçilik sistemindən qalan, hakimiyyətdə kök salan Ermənistanın yüksək eşelon məmurları da olmaqla həm daxildə, həm də xaric də qüvvələr mövcuddur.

O ki qaldı ictimaiyyətinin hakimiyyətə, ya da əksinə sülh tələbi məsələsinə Azərbaycan ictimaiyyətinin mövqeyi cənab Prezident İlham Əliyevin ifadələri, sözü deməkdir. Xalqımız əmindir ki, milli maraqlarımızı dövlət başçımız ən yüksək səviyyədə təmin edir. Prezidentimizin bütün addımlarını da xalq təqdir edir, dəstəkləyir. Odur ki, yol xəritəmiz nə Paşinyanın, nə bir başqasının, nə də hansısa tərəfin deyil, cənab Prezident İlham Əliyevin verdiyi mesajlardır. Hələ söhbət Xankəndidə qalan azsaylı erməni əhalisindən də gedirsə. Bu baxımdan da cənab İlham Əliyev həm də onu bildirdi ki, Ermənistan hökuməti üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında yox, çox pis və qəbulolunan arasındadır.

Sülh istəyən də, prosesləri istiqamətləndirən də biz, sülhə mane olan, prosesləri tormozlayan isə Ermənistan və ətrafıdır. Odur ki, Ermənistan hər şeydən öncə öz inkişafı naminə destruktiv mövqeyindən əl çəkməlidir. Sülhə mane olan tərəfin kim olduğunu və bütövlükdə rəsmi İrəvanın Bakıya mövqeyni nəzərə alsaq, sülhün əldə edilməsi yaxın prespektivdə o zaman gözlənilən və real olar ki, Ermənistanın sülhə qədər olan bu qısa periodda davranışları müsbət xarakterizə olunsun”.

//Safura Bənnayeva, Editor.az