Paşinyan yeni parlament seçkilərinin anonsunu verdibackend

Paşinyan yeni parlament seçkilərinin anonsunu verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan erkən parlament seçkiləri keçirilməsi mövzusunda siyasi qüvvələrlə məsləhətləşmələr aparmağa hazır olduğunu bildirib.

N.Paşinyan bu barədə öz “Facebook” səhifəsində açıqlama yayıb.

“Mən xalqın qərar verəcəyi təqdirdə baş nazir postundan getməyə hazıram. Tutduğum bu postu yalnız xalqın qərarı ilə tərk edə bilərəm”, – deyə N.Paşinyan yazıb.

Ermənistanın baş naziri əlavə edib ki, ölkəsində hökm sürən xaosdan qurtulmağın yalnız bir yolu var – növbədənkənar parlament seçkilərinin keçirilməsi.