Paşinyan Zəngəzur dəhlizi ilə bağlı qərar verdi – FOTObackend

Paşinyan Zəngəzur dəhlizi ilə bağlı qərar verdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Respublikamızın ərazisindən keçən nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi bölmə yaradılıb”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, bölmə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tərkibində təşkil edilib:

“Bu yaxınlarda biz regionda nəqliyyat kommunikasiyalarının fəaliyyəti ilə bağlı “Sülhün kəsişməsi” layihəsini təqdim etmişdik. Sözügedən bölmə bu layihə çərçivəsində yaradılıb. Bölmənin səlahiyyətlərinə avtomobillərin, dəmiryollarının, elektrik xətlərinin, qaz kəmərlərinin və digər kommunikasiyaların, o cümlədən regional nəqliyyat, insanların və yüklərin mühafizəsi daxildir. Tbilisidə keçirilən “İpək Yolu” Beynəlxalq Forumunda da bu barədə danışmışam”.

Globalinfo.az