Paşinyan Zəngəzurun rəhbərlərini TOPLADI – Sərhədlərin delimitasiyasından danışdıbackend

Paşinyan Zəngəzurun rəhbərlərini TOPLADI – Sərhədlərin delimitasiyasından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur bölgəsinin Qafan, Meğri, Teq, Tatev, Qorayk, Qacaran, Sisian icmalarının rəhbərlərini, həmçinin Gorus icmasının sədr müavinini qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə Baş nazir aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Baş nazir regionla bağlı məsələləri müzakirə etməzdən əvvəl icmaların yeni seçilmiş rəhbərlərini təbrik edib.
Zəngəzurun problemlərinə toxunan Nikol Paşinyan onların hökumətin gündəlik diqqət mərkəzində olduğunu qeyd edib.
Baş nazir regionda iqtisadiyyatın və nəqliyyatın blokadadan çıxarılması, sərhədlərin demarkasiyası və delimitasiyası imkanlarına da toxunub.
Görüşlə bağlı mətbuata danışan Tatev icmasının rəhbəri Samvel Lalayan deyib.
“Ümumiyyətlə, biz təhlükəsizliklə bağlı, eləcə də baş nazirin dünən səsləndirdiyi fikirlər barədə danışdıq. Hər şeyi müzakirə etdik, qəbul olunan təkliflər verdik və normal söhbət getdi. Dəhlizdən də danışıldı, baş nazir dedi: “Bunu unudun getsin, heç kim o haqda danışmayacaq, biz də heç nə verməyəcəyik”.
Necə işləyəcəyimizi danışdıq, Paşinyan Nazirlər Kabinetinin rəhbəri kimin hansı partiyadan olmasından asılı olmayaraq, hamı ilə əməkdaşlıq etməyi təklif etdi. O, heç bir maneə olmadan, xalq adına, dövlət adına birgə işləməyi təklif etdi”.
Lalayanın sözlərinə görə, Paşinyan rəsmi Bakının Zəngəzur dəhlizinin təmin olunması ilə bağlı tələblərinə münasibət bildirib. “O dedi: “Biz sadəcə olaraq münasibətlərimizi müharibəsiz və münaqişəsiz necə quracağımızı düşünürük”. Paşinyan dedi ki, dəhliz olmayacaq, hətta yolu təmin etsək də, biz qarşılıqlı razılığa gəlməliyik, lakin hələlik bu barədə söhbət getmir”.