Paşinyana kimlər, niyə sui-qəsd hazırlayır: Erməni baş nazir ailəsini qaçırıb, riskli addımlar atmaq niyyətindədirbackend

Paşinyana kimlər, niyə sui-qəsd hazırlayır: Erməni baş nazir ailəsini qaçırıb, riskli addımlar atmaq niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanı vərdiş olunmuş siyasi-ideoloji xəyallardan ayıltmaq cəhdlərinin qorxunc nəticələri ilə bağlı yaxın tarixdə biabırçı örnəklər var. Dağlıq Qarabağ münaqişəsini erməni xəyallarına zidd şərtlər altında nizamlanmaq niyyətləri Ermənistanın dövlət rəhbərlərinin parlamentdə güllələnməsi ilə nəticələnmişdi…

Ermənistan cəmiyyətində qarışıqlıq hökm sürməkdə davam edir. Üstəlik, bu qarışıqlığın hələ uzun müddət davam edəcəyi də istisna olunmur. Və növbəti mərhələdə xaosun yarana biləcəyi tamamilə real görünür.

Əslində, parçalanmış erməni cəmiyyətində vahid hədəfə düzlənmə meyilləri artıq nəzərə çarpmır. Əksinə, onilliklər boyu hökmran olan xəyali erməni hədəfləri indi əhəmiyyətini itirməyə başlamış kimi görünür.

1523636468_ermeni-aksiya.jpg (278 KB)

Yeni hədəflərin olmaması isə erməni cəmiyyətini qeyri-müəyyənliyin içərisinə sürükləyir. İdeoloji çöküntü siyasi dairələri ziddiyyətli situasiya ilə üzləşdirir.

Məsələ ondadır ki, erməni cəmiyyəti artıq xəyali hədəflər üçün mübarizənin nəticə verəcəyinə inanmır. Yeni hədəflərə isə hələlik hazır deyil. Və bu mənəvi-psixoloji təlatümlər Ermənistanı bir dövlət kimi yeni prioritetlər müəyyənləşdirmək şansından məhrum buraxır.

Onu da qeyd edək ki, yeni prioritetlər üçün uyğun ideoloji planların qurulmasına münbit şərait də yoxdur. Çünki, savaş biabırçı kapitulyasiya ilə nəticələnib, regionda mövcudluq şərtləri dəyişib. Yeni şərtlər isə erməni cəmiyyətinin bəsləndiyi ənənəvi xəyali hədəflərinin əvəzlənməsini tələb edir. Və məhz burada milli erməni labirinti ortaya çıxmış olur.

İndi regionda varlığını qoruyub, saxlamaq üçün Ermənistanın qonşu dövlətlərlə vərdiş etmədiyi fərqli münasibətlər sistemi formalaşdırması qaçılmaz xarakter daşıyır. Belə bir sistemin bəzi geopolitik sürprizləri isə erməni cəmiyyəti üçün qəbuledilməzdir.

Təlatümlü situasiya da məhz bu faktordan qaynaqlanır. Çünki alternativ mövcud deyil, mövcud şərtlər isə erməni düşüncəsinə yaddır.

asker5f665f625542830b68efb496.jpg (60 KB)

Məsələn, Ermənistanın bu regionda mövcudluğu qorunması üçün Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri qurmasının vacibliyini anlayırlar. Ancaq bunu qəbul etmək istəmirlər. Müqavimət göstərməyə çalışırlar.

Nəticə isə göz qabağındadır. Müxtəlif siyasi dairələr köhnə, əhəmiyyətini itirməkdə olan xəyali hədəflərin qorunmasında israr edir. Xarici ölkələrdəki erməni diasporu da bu istiqamətdə təzyiq göstərir.

Paşinyan hakimiyyəti isə reallığı qəbul etməyə meylli olduğunu sezdirir. Yeni geopolitik şərtlərə uyğun regional siyasət yürüdülməyəcəyi təqdirdə, dövlətin mövcudluğunu qorumağın çətin olacağını, hətta daha faciəvi durumun yarana biləcəyini anlayır.

Maraqlıdır ki, son vaxtlar Paşinyan hakimiyyəti müəyyən mənada, siyasi tarana getməyə belə, hazır olduğunu biruzə verməyə başlayıb. Baş nazir Nikol Paşinyan mövcud regional şərtlərə uyulmayacağı təqdirdə, xaos və səfalətin qaçılmaz ola biləcəyindən narahat olduğunu müxtəlif dolayısı mesajlarla ictimailəşdirməyə çalışır. Erməni cəmiyyətini yeni situasiyaya hazırlamağa cəhd göstərir.

Ancaq baş nazir Nikol Paşinyan bunun nə qədər təhlükəli proses olduğunu da böyük ehtimalla anlamamış deyil. Çünki erməni cəmiyyətinin rekonstruksiyası olduqca təhlükəli proseslərə də yol aça bilər.

Hər halda, Ermənistan cəmiyyətində belə cəhdlərin sonrakı nəticələri ilə bağlı yaxın tarixin örnəkləri mövcuddur. Belə ki, vaxtilə Ermənistanı vərdiş olunmuş mənəvi-psixoloji, xəyali siyasi-ideoloji ənənələrindən uzaqlaşdırmaq cəhdləri qorxunc hadisələr ilə yekunlaşmışdı.

ermeni-terror-17251-1574850884.jpg (50 KB)

Dağlıq Qarabağ münaqişəsinin erməni cəmiyyətinin xəyallarına zidd şərtlər altında nizamlanması cəhdləri Ermənistan dövlət rəhbərlərinin qətlə yetirilməsi ilə sona çatmışdı. Həm də bu sui-qəsd variantında deyil, açıq və nümayişkaranə terror modelində edilmişdi. Bir neçə erməni terrorçu ölkə parlamentinin iclas zalına girərək, hər kəsin gözü qarşısında Ermənistanın siyasi rəhbərliyinə daxil olan şəxsləri güllələmişdilər. Bununla da, analoji cəhdlərə meylli ola biləcək hər kəsə gözdağı vermişdilər.

İndisə, situasiya həmin siyasi terrorun törədildiyi dövrdən daha ciddidir. İndi Ermənistan məğlubdur və regional məkanda Azərbaycan və Türkiyənin şərtlərini qəbul etmək məcburiyyətində qalıb. Və bu məkanda rəsmi İrəvanın atmağa cəhd edəcəyi bəzi addımlar baş nazir Nikol Paşinyanın fiziki məhvinə qərar verilməsi ilə müşayiət oluna bilər.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyanın son davranışları onun bu təhlükənin reallığını anladığını göstərir. Belə ki, son Moskva görüşü ərəfəsində erməni baş nazir ölkənin müdafiə naziri, baş qərargah rəisi və təhlükəsizlik naziri ilə qapalı məsləhətləşmə keçirmişdi. Və həmin məsləhətləşmə erməni baş nazirin evində reallaşdırılmışdı.

Böyük ehtimalla baş nazir Nikol Paşinyan Moskva görüşündə imzalayacağı yeni sənədin məzmunu ilə əvvəlcədən tanış idi. Və həmin sənədin məzmununun həm Ermənistandakı bəzi siyasi dairələr, həm də erməni diasporu tərəfindən qəzəblə qarşılananağını anlamamış deyildi.

Ona görə də, güc strukturlarının rəhbərləri ilə məsləhətləşmənin hökumət binasından kənarda daha təhlükəsiz şəraitdə keçirtmək məcburiyyətində qalmış da ola bilərdi. Hər halda, yeni Moskva sənədinin məzmunundan rəqiblərin də məlumatlı olma ehtimalı istisna deyildi. Onun Moskva səfərinin əngəllənməsinə göstərilən cəhdlər və erməni diasporunu məlum hədə-qorxu mesajları belə düşünməyə tamamilə əsas verir.

moskva-gorush-77ace10961648f758d29591b4628666a.jpg (101 KB)

İndi o, artıq Moskva sənədini imzalamaqla, bütün qəzəb oxlarını öz üzərinə çəkmiş durumdadır. Qarşısında önəmli öhdəliklər var. Yəni, Azərbaycan və Türkiyə ilə ticari-iqtisadi əlaqələr qurmalıdır, kommunikasiya xətlərinin açılmasına şərait yaratmalıdır, Ermənistan ordusunun Xankəndidə “ilişib, qalmış” tör-töküntülərini çıxartmalıdır və s. Və bütün bunlar erməni baş nazir üçün olduqca təhlükəli, riskli addımlardır.

Əsas təhlükə isə xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporundan gözlənilir. Çünki Ermənistanın regionda düşdüyü indiki durumun geopolitik şərtlərinə ən çox erməni diasporu müqavimət göstərir. Ermənistanın Azərbaycan və Türkiyə ilə dinc qonşuluq şəraitində münasibətlər qurmasına qarşı çıxır. Və hədələyir.

Şübhəsiz ki, baş nazir Nikol Paşinyan erməni diasporunun hədə-qorxu mesajlarının hansı anlaşma gəldiyini bilməmiş deyil. Çünki erməni terrorizminin “iplər”inin erməni diasporunun əlində olduğu hər kəsə məlumdur. Əslində, erməni terrorizmi elə erməni diasporundan ibarətdir. Bu isə o deməkdir ki, erməni diasporu hər an baş nazir Nikol Paşinyanın fiziki cəhətdən aradan götürülməsi barədə qərar verə bilər.

Məsələ ondadır ki, erməni diasporu və onun Ermənistanda olan uzantıları savaşdan sonra bütün cəhdlərə baxmayaraq, baş nazir Nikol Paşinyanın devrilməsinə nail ola bilməyib. Onun hakimiyyətdən kənarlaşdırılması üçün hazırda tək bir yol qalmış kimi görünür. Və bəzi Ermənistan KİV-lərində erməni baş nazirin həyatına təhlükə olması barədə dolayısı eyhamlara rast gəlmək artıq mümkündür.

Böyük ehtimalla bu eyhamların reallığı barədə baş nazir Nikol Paşinyan da məlumatlıdır. Hər halda, onun Moskvadan döndükdən sonra atdığı bəzi addımlar da bunu təsdiqləyir.

pencere81257_res_00.jpg (110 KB)

Məsələ ondadır ki, erməni baş nazir ailəsini ölkədən çıxartmaq məcburiyyətində qalıb. O, əvvəlcə arvadını və qızını, ardınca isə oğlunu gizlilik şəraitində Rusiyaya göndərib. Və bu seçimin özü də qətiyyən təsadüf təsiri bağışlamır.

Məsələ ondadır ki, əgər o, ailəsini ABŞ-a və ya hansısa Avropa ölkəsinə göndərsəydi, onları məhz erməni diasporu üçün daha asan hədəfə çevirmiş olardı. Ancaq Rusiyada təhlükəsizlik şərtləri nisbətən fərqli də ola bilər.

Böyük ehtimalla baş nazir Nikol Paşinyan Kremlin nizamlanma prosesindəki bütün şərtlərini artıq qəbul etmək məcburiyyətində qalıb. Əvəzində isə, ailəsinin təhlükəsizliyi üçün təminat alıb. Hətta erməni baş nazirin ailə üzvlərinin Rusiya pasportları almaq niyyətində olması barədə məlumatlar onun da son dayanacağının Rusiya ola biləcəyindən xəbər verir.

Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra həyatına ciddi təhlükə yaranarsa və ya hakimiyyətdən devrilərsə, birbaşa Rusiyaya sığınmağı düşünür.

Bütün bunları nəzərə aldıqda, düşünmək olar ki, baş nazir Nikol Paşinyan hazırda ciddi risk tələb edən mərhələnin içərisindədir. Bəzi Ermənistan KİV-lərində eyham vurulduğu kimi, erməni diasporuna bağlı qruplaşmaların onun həyatına sui-qəsd hazırlığı içərisində ola biləcəyi istisna deyil. Və bu barədə ehtimalların, hədə-qorxu mesajlarına bağlı eyhamların real olub-olmaması hələlik ciddi müzakirə mövzusudur.

“Yeni Müsavat” Media Qrupu